“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament
Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il
tarixində qəbul edilib. Mükafatın Əsasnaməsində qeyd olunur ki,
“Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika
sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək,
jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını
stimullaşdırmaqdan ibarətdir. “Şirməmməd Hüseynov mükafatı”
fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək
xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm
nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə
fərqlənən jurnalistlərə, ziyalılara verilir. Ancaq Şirməmməd
müəllimin adına təsis edilən mükafat yalnız ölkəmizin hüdudlarını
əhatə etməyəcək.
2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi
diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci
ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə
Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli
səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Əməkdar rəssam,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə
“Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.