Şirməmməd
Hüseynovun
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR HAQQINDA FİKİRLƏRİ
Milli iftixarımız
Üzeyir Hacıbəyli xalqımıza çoxşaxəli,
əbədiyaşar zəngin bir irs qoyub
getmişdir. Bu irsə, bu əvəzsiz xəzinəyə
sahib çıxmaq, onu dərindən, hərtərəfli
araşdırmaq, nəşr və təbliğ etmək
Müqəddəs borcdur, vacib vəzifələrdəndir.
***************
Mirzə
Ələkbər Sabir bir mücahidlər
ordusunun görə biləcəyindən də qat-qat
artıq iş görmüşdür.
M..Ə.Sabirin ilham atının ədəbi-siyasi
meydana çıxmasında və məharətlə
çapmasında 1905-ci il inqilabından sonra
Tiflisdə və Bakıda, onun kimi qeyrətli
və istedadlı ziyalıların nəşr etdikləri
mətbuat orqanları: “Həyat”, “İrşad”,
“Molla Nəsrəddin” və digər dövri mətbuat
orqanları böyük rol oynamışlar. Cəmi 6
il: 1905-1911-ci illər ərzində M.Ə.Sabir
böyük və zəngin bir irs ya-ratmışdır.
Heç vaxt öz dəyərini itirməyəck bu irsin
toplanması, dəyərləndirilməsi, tədqiqi
və nəşrilə böyük bir sabirşünaslar
ordusu məşğul olmuşdur.
***************
M.Ə.Rəsulzadənin
elmi-nəzəri, siyasi-ictimai, ədəbi-bədii
və publisistik irsi çox zəngin bir
xəzinədir, xalqımızın milli intibah və
milli istiqbal hərəkatının canlı
salnaməsidir. Yarım əsrlik bir zaman
kəsiyində mən saysız-hesabsız dövri
mətbuat orqanlarını, tarixi sənəd və
memuarları nəzərdən keçirərkən bunun
şahidi olmuşam.
....M.Ə.Rəsulzadə 71 il ömür sürmüşdür.
Onun yalnız 32 ilini bilavasitə
vətənində yaşamışdır. Bu müddətdə onun
göstərdiyi nəhəng fəaliyyət Azərbaycan
tarixinin qızıl səhifələrini təşkil edir.
Əlbəttə, sovet dövründə yazılanların
hamısı məlum ideoloji və siyasi amillər
səbəbilə düşmənçilik, saxtakarlıq,
böhtan və iftira ilə müşayiət olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra isə Rəsulzadə irsinə münasibət tam
olmasa da dəyişib. Məqsədim M.Ə.Rəsulzadənin
vətənindəki fəaliyyətini, xüsusilə onun
dövri mətbuatda dərc edilmiş
məqalələrini, imzası ilə dərc olunmuş
sənədləri toplamaq və nəşr etdirməkdir.
Zənnimcə bu əsərlər tariximizin bu
möhtəşəm dövrünün tədqiqi və təbliğində
ən mötəbər mənbələrdən sayıla bilər.
***************
Əhməd bəy
Ağayev kimi mütəfəkkir alim,
görkəmli jurnalist-publisist,
ictimai-siyasi xadimin bir əsəri belə
müstəqil şəkildə onun vətənində nəşr
olunmamışdır. 70 il zəngin və keşməkeşli
ömür sürmüş (1869-1939), Şuşanın
maarifpərvər və mütərəqqi ziyalı
mühitində böyümüş, Tiflis gimnaziyasında,
Sankt-Peterburq Texnoloji İnstitutunda,
Fransanın ən şöhrətli Sarbonna Uni-versitetində
təhsil almış ilahiyyatçı, hüquqşünas,
siyasətçi, redaktor, jurnalist, müəllim,
publisist, professor, doqquz dil bilən
və bu dillərin zəminində öz
ictimai-siyasi dünyagörüşünü
zənginləşdirən Ə.Ağayev 1909-cu ilin
əvvəllərinə qədər öz doğma vətənində çox
böyük və nəhəng ictimai-siyasi
fəaliyyətlə məşğul ol-muşdur. “Kaspi”, “Həyat”,
“İrşad”, “Tərəqqi” qəzetlərində və
dövrün digər nüfuzlu mətbuat
orqanlarında Əhməd bəyin yüzlərcə
məqaləsi dərc olunmuşdur. Ömrünün son 30
ilini isə qardaş Türkiyədə yaşamağa
məcbur olmuşdur. Lakin bir an belə
vətəni Azərbaycanı, anadan olduğu Şuşanı
unutmamışdır.
***************
Abbasqulu ağa
Bakıxanov jurnalistikada ilk
addımlar atan milli ziyalı-larımızdan
biri olmuşdur. Abbasqulu ağa Bakıxanov
Qafqazda – Tiflisdə nəşrə başlayan dövri
mətbuat orqanlarında da fəaliyyət
göstərən jurnalistika ilə məşğul olan
ilk azərbaycanlı qəzetçidir. 1828-ci
ildən Tiflisdə hökumət orqanları
tərəfindən rus dilində nəşr olunan
“Tiflisskoye vedomosti”, sonralar onun
fars və Azərbaycan dillərində buraxılan
“Tiflis əxbarı” nömrələrinin aparıcı
redaktor və əməkdaşı da Abbasqulu ağa
Bakıxanov olmuşdur. Əməksevərlik,
vətəndaşlıq borcunu vətənpərvərlik
düşüncəsi ilə yerinə yetirmək, qəzet
işinin müasir formalarını axtarmaq,
geniş bilik, ədəbi-jurnalistlik
təcrübəsi və Qafqaz xalq-larının ehtiyac
və arzularını dərindən başa düşmək A.Bakıxanovun
qəzetçilik fəaliyyətinin canını təşkil
edirdi.
***************
Şəhriyarın
“Heydərbabaya salam”ını gerçəkdən bir
hadisə saymaq olar. Çünki bu əsər özəl
bir həsrətin təpkisi ilə yazılmışdır. Bu
əsər dini, siyasi, hər hansı bir amilin
təsirindən azad, təbii və insani bir
həsrətin, sənət vurğunu bir aşiqin
həsrətilə meydana gəlmiş bir əsərdir...
“Heydərbabaya ya salam”da xalq
yaradıcılığının gerçək qaynaqlarından
feyz alan, folklorumuzun bütün gözəllik
və zənginliklərini özündə əks etdirən
səmimi, təbii bir şeir çeşidi var.
Çağdaş ədəbiyyat anlayışına mütabiq olan
bu parlaq əsər, milli yaradıcılıq
qüdrətini təmsil edən bir əzəmət və
ehtişamdadır!..
***************
Nəsir İmanquliyev
mənim üçün həm yüksək əxlaqi-mənəvi
keyfiyyətli, hərtərəfli savadlı,
təcrübəli jurnalist-müəllim, sonralar
həm də səmimi və xeyirxah həmkar,
qayğıkeş dost, böyük qardaş olmuşdur.
......Nəsir müəllim Azərbaycan jurnalist
kadrlarının bir neçə nəslinin xeyirxah,
səmimi, qayğıkeş müəllimi olmuşdur.
Əgər bu gün universitetin jurnalistika
fakültəsində işgüzar atmosfer,
tələbkarlıq və düzlük, xeyirxahlıq və
səmimiyyət varsa, bu keyfiyyətləri
yaradan və miras qoyanlardan biri də
məhz Nəsir İmanquliyev olmuşdur.
***************
Mən Bəxtiyar Vahabzadənin
şəxsiyyətindən daha çox əqidəsinin
aşiqiyəm. İndi də bəzi məsələlərdə
mövqelərimiz düz gəlmir... Amma bizi
birləşdirən bu torpağa, bu vətənə, onun
istiqlalına olan məhəbbətimizdir.
***************
Nurəddin Rzayevi
mən Azərbaycanın müasir istiqlal
mücahidlərindən – az danışıb çox iş
görən, xalqını ürəkdən sevən, ona xidmət
etməyi vicdani borc bilən
mücahidlərindən hesab edirəm.
Nurəddin daim öyrənməyə, mütaliə etməyə,
təkmilləşməyə can atan nadir
şəxsiyyətlərdəndir.
***************
Görkəmli jurnalist, istedadlı alim
Qulu Məhərrəmlini insanlar obyektivliyinə,
ləyaqətli və vicdanlı söz sahibi
olmasına görə sevir və qiymətləndirirlər.
***************
Millət Məclisində namusu, qeyrətli,
vətən məhəbbətli cavanların olması
vacibdir. Mən də Nəsiman Yaqublunu
yaxşı tanıyıram. O, tariximizə, milli
ruhumuza bələddir. Vətənin tarixinə
bələd insandan millətə yalnız fayda olar.
|