1887 |
·
4 yaşında atasını itirdikdən sonra Aşqabada aparılmışdır. |
1893 |
·
9 yaşlı Salman Aşqabadda Mirzə Ələkbər Sabirlə görüşmüşdür.
Bu görüşlə də gələcəyin Mümtazında ədəbiyyata sonsuz həvəs yaranır. Vur-tut 3 ay molla yanında dərs keçmiş Salman gecəsini gündüzünə qataraq 22 yaşınadək öz üzərində ciddi çalışır, inadcıllığı sayəsində fars, ərəb, rus, urdu dillərinə yiyələnir |
1903 |
· Azərbaycan ədəbiyyatı və dilinə dair materiallar toplamış, klassiklərin əsərlərindən ibarət 24 kitab, 70-dən çox məqalə çap etdirmiş, 100-ə qədər Azərbaycan və Yaxın Şərq şairi haqqında tədqiqat aparmışdır |
1906 |
· “Molla Nəsrəddin” məcmuəsi ilə yazışmağa başlayır və ona xeyli xırda xəbərlər, bəzən də şeirlər göndərir, bu jurnalda ilk məqaləsi “Aşqabad xəbərliklərindən” başlığı altında çap olunur. |
1906 |
· Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalı ilə yanaşı Bakıda nəşr olunan “Tuti”, “Kəlniyyət”, “İqbal” və s. mətbuat orqanları ilə əməkdaşlıq edir
|
1910 |
· Bakıda Mirzə Ələkbər Sabirlə ikinci dəfə görüşür. Bu görüşdən sonra “Molla Nəsrəddin” də onun “Xortdan bəy” imzası görünməyə başlayır.. |
1913 |
·
İlk kitabı – “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı” Tiflisdə Mirzə Cəlilin “Qeyrət” mətbəəsində çap
olunmuşdur;
|
1918 |
·
Ailəsi ilə
Bakıya köçür |
1919 |
· “Yaşıl qələm” cəmiyyətinin üzvü olmuşdur. |
1920 |
· “Azərbaycan ağız ədəbiyyatının toplanması” komissiyasını yatarmış və sədri olmuşdur |
1923 |
· “Kommunist”
qəzetində “Unudulmuş yarpaqlar” və “Dilmac” silsilə yazıları ilə
çıxış etməyə başlamışdır. |
1924 |
·
“Azərneft-təchizat” idarəsinin Nuxa (Şəki), Qutqaşen (Qəbələ), Zaqatala, Qax və Loqodexidə anbarları olan 2-ci rayon agentliyinin müvəkkili vəzifəsində işləməyə başlamışdır. |
1925 |
· Həbib
Cəbiyevin redaktor olduğu “Kommunist” qəzetində daimiBakıda
keçirilən I Türkoloji Qurultaya qatılır,yenicə çap etdirdiyi
“Nəsimi” kitabçasını qurultaya hədiyyə edirkdaş kimi işləməyə
başlamışdır və iki ildə 10 kitab buraxdırmışdı |
1926 |
·
Bakıda keçirilən I Türkoloji Qurultaya qatılır,yenicə çap
etdirdiyi “Nəsimi” kitabını qurultaya hədiyyə edir |
1929-1932 |
· Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutunun kapitalizməqədərki dövr
Azərbaycan Ədəbiyyatı bölməsinin müdiri vəzifəsində işləmişdir
|
1932 |
·
Azərbaycan Dövlət Muzeyinin elmi işçisi kimi işləməyə
başlamışdır. |
1933 |
·
SSRİ EA Azərbaycan Filialı ədəbi irs bölməsində elmi işçi kimi
işləməyə başlamış, sonra həmin şöbəyə müdir təyin olunmuşdur.
|
1933-1936 |
·
“Azərnəşr”in klassik irs şöbəsinə başçılıq etmişdir
|
1937 |
· SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu
ədəbiyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır |
· “İfşa
olunmuş burjua millətçisi” kimi işdən çıxarılmışdır |
1937 |
·
SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu
ədəbiyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır
|
1938 |
·
Azərbaycan
SSR XDİK tərəfindən
həbs edilmişdir.SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının 09.01.1938-ci il tarixli hökmünə əsasən,
Azərbaycan SSR CM-nin 64 (silahlı üsyan), 70 (terror aktları),
73-cü (əks-inqlabi fəaliyyət) maddələri ilə təqsirli
bilinərək,10 il müddətinə azadlıqdan məhrum edilmişdir
|
· 22 Yanarda
Salman Mümtazı Orenburqa apardılar |
1941 |
·
Almanlar Oryola yaxınlaşan vaxt onu bu şəhərin həbs
düşərgəsindəki başqa siyasi dustaqlarla birlikdə güllələdilər.
|
1956 |
·
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 17.11.1956-cı il tarixli
qərarına əsasən Salman Mümtaza bəraət verilmişdir.
|
1996 |
·
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mərkəzi
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı
verilir.
|