|
1921 |
- Şəki nümunə zəhmət məktəbini bitirmişdir. |
|
1923 |
- Bakı Darülmüəlliminə daxil olmuşdur. |
|
1926 |
- Bakı Darülmüəlliminin ədəbiyyat fakültəsini bitirmişdir. |
|
- Şəkidə oxuduğu ibtidai məktəbdə 3 il müəllimlik
etmişdir. |
|
- Yaradıcılığa “Molla Nəsrəddin”də “Şeyx Samit” imzası
ilə dərc etdirdiyi “Rabfak kitabxanasında həyat lövhələri”
felyetonu ilə başlamışdır. |
|
1927 |
- Şəkidə çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap
olunmuşdur. |
|
1929-1932 |
- Azərbaycan Dövlət Pedaqoji İnstitutun ədəbiyyat
fakültəsində oxumuşdur |
|
1929-1933 |
- “Gənc
işçi” qəzetinin redaksiyasında çalışmışdır. |
|
1932-1933 |
-“İnqilab və mədəniyyət” jurnalının məsul katibi
olmuşdur. |
|
1932 |
- “Pozğun” adlı ilk hekayələr kitabı nəşr edilmişdir. |
|
1933-1934 |
- Şəki MTS siyasi şöbəsində “Mübariz” qəzeti
redaksiyasında işləmişdir. |
|
1935 |
- Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. |
|
1936-1937 |
- Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari
kurslarında təhsil almışdır.
|
|
1937-1938 |
- Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri
işləmişdir. |
|
- “Toy” adlı ilk komediyasını yazmışdır. |
|
1938 |
|
1939 |
-“Toy” komediyası Azərbaycan Dövlət Dram Teatrında
tamaşaya qoyulmuşdur. |
|
1939-1940 |
- C.Cabbarlı adına Teatr Muzeyində elmi işçi
işləmişdir. |
|
1941-1942 |
- Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri
İdarəsində teatr şöbəsinin müdiri olmuşdur.. |
|
1942-1944 |
“Gülüstan” poemasını yazdığına görə şair “millətçi” damğası ilə
Azərbaycan Dövlət Universitetindən çıxarılmışdır. |
|
1943 |
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə
Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. |
|
1945-1946 |
- Bakı Kinostudiyasının direktoru olmuşdur. |
|
- Kinematoqrafiya nazirliyində nazir müavini
işləmişdir. |
|
1947-1951 |
-Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi
və teatr institutunda müəllim işləmişdir. |
|
1970 |
- “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. |
|
- 23 sentyabrda
Bakı şəhərində vəfat etmişdir. |
|
2000 |
-Sabit Rəhmanın
90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidenti sərəncam imzalamışdır |
|
-Şəki şəhərində
Sabit Rəhmanın Ev-Muzeyinin yaradılması haqqında Azərbaycan
Respublikası Nazirlər Kabineti qərar imzalamışdır |
|
- Sabit Rəhmanın hekayələrinin motivləri əsasında "Şirin bülbül"
Film-tamaşa çəkilmişdir. |
|
2010 |
-Azərbaycan Milli Kitabxanası tərəfindən "Sabit Rəhman 100"biblioqrafiya nəşr edilimişdir |
|
2014 |
- "Gülüş
fenomeni. Sabit Rəhman" — Azərbaycan Televiziyasında rejissor
Sənan Sultanov Əməkdar incəsənət xadimi Sabit Rəhmanın
xatirəsinə həsr olunan film cəkmişdir. |