|
SEYİD ƏZİM
ŞİRVANİ ADINA
ŞAMAXI
TARİX-DİYARŞÜNASLIQ MUZEYİ
Şamaxı Tarix-Diyarşünaslıq
Muzeyi — Şamaxı rayonunda fəaliyyət göstərən muzey,
Seyid Əzim Şirvaninin adını daşıyır. Azərbaycanın
regional muzeyləri içərisində ilk dəfə dünya muzey
standartları əsasında tarixi ardıcıllıq, işıq
effektləri, iki dildə (Azərbaycan və ingilis)
informasiya, elektron vasitələrdən istifadə
edilməklə Şirvan regionun mədəni irsi yerli və
xarici turistlərə təqdim olunur.Şamaxı Tarix-Diyarşünaslıq
Muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı
ilə təşkil olunmuşdur. Muzeyin ilk rəhbəri görkəmli
filoloq alim Bilal İbrahimov olmuşdur.1950-2000-ci
illərdə Şamaxıda arxeoloji tədqiqat aparan
arxeoloqlar Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm
Nuriyev, Şirzad Əhmədov muzeyə xeyli arxeoloji
materiallar vermişlər. Muzeyin uzun müddət direktoru
olmuş Firqiyyə Zamanova nəinki, Şamaxı və
kəndlərindən, hətta Azərbaycanın hüdudlarından
kənarda olan bəzi eksponatların, o cümlədən 1902-ci
il Şamaxı zəlzələsi ilə əlaqədar olan sənədlərin
muzeyə cəlb edilməsinə nail olmuşdur. Hazırda muzey
9600-dən çox eksponata malikdir. |