E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

SEYİD ƏZİM ŞİRVANİ ƏLYAZMALARININ ARXİVİ
 

AMEA Məhəmməd Füzuli adına

Əlyazmalar İnstitutundakı şəxsi arxivi


1.  Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu. Seyid Əzim arxivi, şifr 5/18.
2. Respublika Əlyazmalar fondu. Seyid Əzim Şirvaninin “Divan” (farsca), inv. № M-60/M114.
3.  Respublika Əlyazmalar fondu. Seyid Əzim Şirvaninin arxivi, inv. № 6057.
4. Respublika Əlyazmalar fondu. Seyid Əzim Şirvaninin “Divani”ı. Əlyazması. İnv. № 6240. 1898 (a).
5. Respublika Əlyazmalar fondu.- Seyid Əzimin “Divanı”.- Təbriz.- 1897.- S.5.- №2577.
6.  Respublika Əlyazmalar fondu.- Seyid Əzimin “Divanı”nın əlyazması.- 1898.- №6240.
7. Respublika Əlyazmalar fondu.- Seyid Əzimin “Divanı”nın əlyazması.- №9186.
8. Respublika Əlyazmalar fondu.- Seyid Əzimin “Rəbiül-ətfal”ı avtoqraf.arx.5, Q-4.- İnv №6057.
9. Respublika Əlyazmalar fondu.- Seyid Əzimin arxivi. “Təzkirə”.- №5.-inv. №6057. Vərəq.1.
10. Respublika Əlyazmalar fondu.- Seyid Əzimin arxivi.- №.1-inv. №6057. Vərəq.1.
11. Respublika Əlyazmalar fondu.- Şirvani. S.Ə. Divanı (farsca) M-60/M114.
12. Seyid Əzim Şirvani, “Məktubi-mənzuməyi-Şirvaniyan”. Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, inv. №7676.
13. Seyid Əzim Şirvani, “Oğlu Mir Cəfərə məktub”. Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, inv. №6057(4).
14. Seyid Əzim Şirvani, “Tacül-kütub”. Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, inv. №6057.
15. Seyid Əzim Şirvani, “Təskirə” (əlyazma). Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, inv. №6057.
16. Seyid Əzim Şirvaninin H.Zərdabiyə 20 oktyabr 1877-ci il tarixli razılıq məktubu. Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, inv. №7676.

***


Salman Mümtazın şəxsi arxivində saxlanılanlar


1. Seyid Əzim və Fəna. Müşairə. Azərbaycan dilində.Yazılış tarixi qeyd edilməmişdir. Ağ, saya kağızlarla bənövşəyi mürəkkəblə, ərəb əlifbası ilə yazılmışdır. Seyid Əzmin Fənaya cavabıdır. Başlanır: Agah ol, ey Fənayi... Bitir: ... bədtər əz tərəs. Məzmunu: Həcv. Ölçüsü: 232x35, həcmi: 1 vərəq, s.v.386.
2. Seyid Əzmin nəzrələrində mətlələr ilə əski şairlərimizin qəzəllərindəki mətlələr. Azərbaycan dilində əlyazması. Yazılış tarixi qeyd edilməmişdir. Ağ, saya kağızlara bənövşəyi mürəkkəblə, ərəb əlifbası ilə yazılmışdır. Burada Füzuli, Nişat, Arif, Nəsimi və Zakirin şeirlərindən parçalar verilmişdir. Başlanır: Qəd anarəl eşq uşsaq minhacül-hüda... Bitir: ... qənimətdür vücudun Şirvanə. Ölçüsü: 22x33, həcmi: 8 vərəq, s.v. 388.
3. Seyid Əzimlə əlaqədar materiallar. Azərbaycan dilində Mümtazın xətti ilə. Yazılış tarixi qeyd edilməmişdir. Ağ, saya kağızlara bənövşəyi mürəkkəblə, ərəb əlifbası ilə yazılmışdır. Bu materiallar aşağdakılardan ibarətdir: S.Əzmin tərcümüyi –halı və digər maddələr, S.Əzimin məmduhları, S.Əzim və müasirləri. Başlanır: Seyid Əzimin müfəssəl tərcümeyi-halı... Bitir:... aşiq. Məzmunu: Seyid Əzim haqqında yazılacaq əsərin planı. Ölçüsü: 22x36, həcmi: 5 vərəq, s.v. 387.

 

<< Geri