Sev səni sevən kəsi, yerlə yeksan olsa da.
Sevmə səni sevməyəni, göylərdə sultan olsa da.
***
İttifaq eylə dost ilə hər an,
İttifaq ilə
ömr olur asan.
***
Təhsil xəzinədir, əmək onun açarı.
***
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl
edən qalar naqis.
***
Həyəcan, qəm və kin ürəyi, nəm isə dəmiri
çürüdər.
***
Ey oğul, xəlqə söyləmə böhtan,
Yaxşıya yaxşı ol, yamana yaman.
***
Dünyaya gələn getmək üçündür, bu nə qəmdir?
Bir fikir eylə, bu xilqəti- adəm nə üçündür?
***
Az bilib çox danışmaq axmaqlıq əlamətidir.
***
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz...
***
Zəhmət çəkmədən nailiyyət gözləmək quru ağacdan meyvə ummaq kimidir.
***
Demə bu kafər, ol müsəlmandır
Hər kimin elmi var, o insandır.