|
1843 |
Atası vəfat etdikdən sonra anası ilə
birlikdə Dağıstana ana babasının yanına getmişdir. İlk təhsilini
Dağıstanda almış, fars, ərəb dillərini və bir neçə Dağıstan
ləhcəsini öyrənmişdir. |
|
1853 |
Anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır. |
|
1854 |
Ceyran xanımla ailə həyatı qurmuşdur. |
|
1856 |
Təhsil almaq üçün İraqa getmişdir,
Bağdadda və Şamda müxtəlif dini elmləri, şərq fəlsəfəsini, ərəb
ədəbiyyatını öyrənmişdir. |
|
1869 |
Şamaxıda
yeni tipli məktəb açaraq, pedaqoji fəaliyyətə başlamışdır. |
|
1874 |
“Məclis” adlı müasir tipli məktəbə
müəllim işləmək üçün dəvət olunmuş, fars, ərəb, Azərbaycan
dillərindən, habelə şəriətdən dərs demişdir. |
|
1875 |
10
oktyabr - "Əkinçi"
qəzetində ilk şeiri çap
edilir. |
|
1877 |
Şamaxı şəhər məktəbinə "şəriət"
və
Azərbaycan dili müəllimi təyin
edilir.
İlk məqaləsi
“Əkinçi”nin “Məktubat” şöbəsində dərc edilmişdir. |
|
1878 |
Şairin ilk dərsliyi “Rəbiül-ətfar”
(“Uşaqların baharı”) tamamlamışdır. |
|
1879 |
«Siyasi cəhətdən şübhəli müəllim»
ittihamı ilə işdən çıxarılan Seyid Əzim Tiflisə şikayətə gedərək
Qafqaz Maarif İdarəsi rəisinə günahsızlığını sübuta yetirir |
|
1880 |
A.S.Puşkinə Moskvada heykəl
qoyulması münasibətilə şeir yazmışdır.
Şairin ilk dərsliyi “Rəbiül-ətfar”
(“Uşaqların baharı”) və "Divan"ı çapa hazırlanmışdır. |
|
1881 |
“Təzkirə” əsərini tamamlamışdır.
“Divan”larını tamamlayıb bitirmişdir. |
|
1883 |
“Tacül-kitab” (“Kitabların tacı”)
müntəxəbatını
tamamlamışdır.
“Tarixi-Şirvannamə” əsərinin bir hissəsi Vladimir Bezmenovun
imzası ilə Tiflisdə çıxan “İzvestiya Kavkazskovo obşestvo
istorii i arxeologii” adlı məcmuədə çap olunmuşdur. |
|
1886 |
Ana dili proqramını tərtib edib Qafqaz Tədris Dairəsinə
göndərmişdir. |
|
1887 |
“Şirvan xanlığının tarixi
(“Tarixi-Şirvannamə”)” əsərini bitirmişdir. |
|
1888 |
Çar hökuməti maarif sahəsindəki
xidmətlərini və qüsursuz işlədiyini nəzərə alaraq Seyid Əzim
Şirvanini üzərində «Za userdie» («Səy göstərdiyinə görə»)
sözləri yazılmış gümüş medalla təltif etmişdir.
20 may tarixində Şamaxıda
vəfat etmiş və Şahxəndan qəbiristanlığında dəfn olunmuşdur. |
|
1888-1889 |
“Kəşkül” qəzeti onun əsərlərini çap
etmək təklifini irəli sürmüşdür. |
|
1895 |
İlk dəfə şairin oğlu Mircəfər Seyidzadə
milyonçu və xeyriyəçi H.Z.Tağıyevin vəsaiti ilə Tiflisdə
Ünsizadələrin “Ziya” mətbəsində onun hekayə və təmsillərini
“Məcmuə” adı ilə çap etdirmişdi. |
|
1894 |
Təbrizdə “Pərişan” adlı əsəri çap
olunmuşdur. |
|
1897 |
Azərbaycan dilində “Divanı”ı Təbrizdə
şamaxılı cərrah Həbib Sadıq oğlunun müqəddiməsi ilə çap
olunmuşdur. |
|
1902 |
Şairin qəzəlləri ilk dəfə olaraq mətbə
üsulu ilə “Qəzəliyyati Seyid Əzim Şirvani” adı ilə Bakıda
“Əvvəlinci şirkər” mətbəsində çap olunmuşdur. |
|
1920-ci ilə
qədər |
Əsərləri 5 dəfə çap edilmişdir.
|
|
1922 |
Azərbaycan Xalq Komissarlığı tərəfindən
əsərlərinin kütləvi tirajla nəşri qərara alınmışdır. |
|
1930 |
İlk dəfə olaraq “Seçilmiş şeirləri”
Azərnəşrdə çap olunmuşdur (tərtibatçi Ə.Müznib). |
|
1937 |
“Seçilmiş şeirləri” Azərnəşrdə köhnə
latın qrafikasında çap olunmuşdur (tərtibatçi Ə.Sadıq). |
|
1948 |
“Seçilmiş şeirlər”i Uşaqgəncnəşrdə
“Məktəb kitabxanası” seriyasında beş çap vərəqi həcmində çap
olunmuşdur (tərtibatçı F.Qasımzadə). |
|
1950 |
“Əsərləri” iki cildliyinin birinci cildi
592 qəzəldən ibarət olan “Qəzəllər” Azərnəşrdə çap olunmuşdur
(tərtibatçı F.Qasımzadə). |
|
1953 |
Lirik, satirik və ictimai ruhlu
əsərlərin toplanıldığı “Əsərləri” ikinci cildi çap olunmuşdur
(tərtibatçı F.Qasımzadə). |
|
1960 |
“Qəzəllər” adlı kitabı Azərnəşrdə çap
olunmuşdur. |
|
1961 |
Əsərlərinin bir qismi rus dilinə tərcümə
edilərək çap olunmuşdur. |
|
1963 |
“Şeirlər” adlı kitabı Azərnəşrdə çap
olunmuşdur. |
|
1979 |
“Təmsillər, mənzum hekayələr və öyüdlər”
kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. |
|
1989 |
Mənzum məktub, mənzum hekayə və
qəzəllərdən ibarət olan “Öyüd” adlı kitabı “Gənclik”
nəşriyyatında çap olunmuşdur. |
|
1990 |
“Seçilmiş əsərləri” Maarif nəşriyyatında
çap olunmuşdur. |
|
2002 |
“Seçilmiş əsərləri” məktəb kitabxanası
seriyası ilə “Maarif” nəşriyyatında çap edilmişdir. |
|
2013 |
Qəzəllər, satiralar, müxtəlif şeirlər
toplanıldığı “Seçilmiş əsərləri” iki cildliyinin birinci cildi
“Şərq-Qərb” nəşriyyatında çap olunmuşdur. |
|
2019 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında
əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına
daxil edilmişdir |
|
2025 |
Seyid Əzim Şirvaninin 190 illiyinin
qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam
izmalamışdır. |