|
Səfərov Atabala Osman oğlu - 1949-cu ildə anadan olub. 1971-ci ildə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən
Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət
etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə
bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə
bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər
teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən
Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini
davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında
Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul
Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s.
kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar
artist fəxri adına layiq görülmüşdür.
|