E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

BAKI BƏLƏDİYYƏ TEATRI


Bakı Bələdiyyə Teatrı — Aktrisa Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə yaranmış teatr. 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılmışdır. 2002-ci ilin 7 noyabrında Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə 23 aktyora fəxri adlar verilmişdir. 2010-cu il 11 oktyabrda yazıçı Anarın "Qaravəlli" pyesi əsasında hazırlanmış eyni adlı tamaşasının premyerası olub. 2010-cu il 8 noyabrda "Dostluq" kinoteatrında ilk məşqə başlanılıb. 2011-ci il 16 mayda Məhəmməd Əsəd bəy "Əli və Nino" romanı əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.(tamaşa Akademik Milli Dram Teatrının sehnesinde oynanılıb)

Yaradıcı heyət: Vaqif Əliyev (xalq artisti)

Şahzadə Babayeva (əməkdar artist)

Aydın Əliyev (əməkdar artist)

Rafiq İbrahimov (əməkdar artist)

 Əfqan Soltanov (əməkdar artist)

Tofiq Bayramov (əməkdar artist)

Mahirə Yaqubova (əməkdar artist)

Tural Ağayev Arzu Şuşanova

Ramin Şıxəliyev İlqar Musayev

Hüsniyyə Mürvətova (əməkdar artist)

Əhməd Salahov (əməkdar artist)

Toğrul Rza

Səmayə Sadıqova (əməkdar artist)

Vüqar Vəlixanov

Zemfira Səidi

İsmayıl Atakişiyev

Namiq Cavadov

Asif Rəhimov

 Zaur Həmidov

Dünyasını dəyişmişlər

Yusif Muxtarov (xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru)

Muxtar Avşarov (xalq artisti)

Sofa Bəsirzadə (xalq artisti)

Məhluqə Sadıqova (xalq artisti)

Firudin Mehdiyev (əməkdar artist)

 Mirvari Novruzova (əməkdar artist)


<< Geri