E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  ANA DİLİNİN TƏDRİSİ METODİKASI ÜZRƏ QƏTNAMƏ


    

   1. Ana dilinin müvəffəqiyyətli tədrisini ayrı-ayrı türk dillərini və dialektlərini ciddi şəkildə öyrənmədən təşkil etmək mümkün deyildir. Bunun üçün orta və ali təhsil məktəblərinin xüsusi rolu vardır. Həm də bu iş ali təhsilli dilçi müəllimlər olmadan da mümkün deyildir.
2. Ana dilini öyrənmədə çox vaxt tarixi orfoqrafiya böyük rol oynayır.
3. Səsli metod (üsul) dildə fonetik prinsipdə müvəffəqiyyətlə tətbiq edilə bilir.
4. Məsləhət bilinir ki, öyrətmə zamanı Montessorun səsli metoduna diqqət yetirmək lazımdır.
5. Mexaniki olaraq köçürmə yazını öyrətmədə pis üsuldur. Ona görə də yaxşı nəticəni əldə etmək üçün lazımdır ki, öyrənənlər yazı yazarkən diqqətlərini bir yerə toplayaraq dilin zahiri formasını və yazı ilə bağlı olan səsləri lazımınca təhlil etsinlər.
6. Bu cür metodla dili təhlil etməklə ayrı-ayrı elementlərin mənasını axtarıb tapmaq, dərsi keçmək, nitqi inkişaf etdirmək olar.
7. Təbii olaraq ikidillilik çoxlu şagird üçün faydalıdır. Şagirdlərin ümumi mədəni inkişafını ələ almaq bu səpgidə olur.
8. Qrammatika formadan törəyir, tədris zamanı isə onların mənası axtarılıb tapılır. Unutmaq olmaz ki, dilin mənalı hissəsi yanlız sözün forması deyil, həm də sözlər arasındakı əlaqə formaları və digər sintaktik vasitələrdir.
9. Yaxşı olardı ki, elmi qrammatika iki pillədə müstəqil surətdə dil
materialları ilə öyrənilsin
10. Öyrətmənin birinci pilləsində türk xalqlarının ədəbiyyatı dil materialı olaraq üstünlük təşkil etməlidir.
11. Öyrətmənin ikinci pilləsində ədəbiyyat epizodik (təsadüfü) olmalı, ictimaiyyət ilə bağlı daha çox müasir ədəbiyyata və plan üzrə ədəbiyyat tarixinə yer verilməlidir. Ədəbiyyat tarixindəki oçerklərə digər türk xalqlarının ədəbiyyatı ilə müxtəlif tanışlıq da əlavə olunmalıdır.

    Bununla bağlı müvafiq ədəbiyyat müntəxəbatı (seçilmiş əsərlərin
məcmuəsi, dərslik) nəşr olunmalıdır


<<  Geri