|
REPRESSİYAYA MƏRUZ QALANLAR
-
30-cu illərin sonlarında qurultayın bir çox iştirakçısı pantürkçülük, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırıldı
, repressiya edildi və öldürüldü. Bunların arasında Ruhulla Axundov, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə,
Osman Akçökraklı, Əhməd Baytursunov, Salman Mümtaz, İsidor Baraxov, Hənəfi Zeynallı, Hikmət Cevdet-zadə və başqaları var idi. Ümumilikdə
qurultayın 100-dən artıq iştirakçısı müxtəlif formada repressiyalara məruz qaldı. Qurultayda iştirak edənlərin hamısı repressiyaya məruz
qalıb, yalnız o adamlar məruz qalmayıb ki, onlar ya xaricdən – Türkiyədən, Almaniyadan və s. qonaq qismində qurultaya qatılıb, ya da “37-yə”
kimi dünyasını dəyişib. Nə qədər təəccüblü də olsa deməliyik ki, “37-ni görən” türkoloqlar, tez rəhmətə gedən və bu dəhşətləri görməyən türkoloqlara
qibtə edə bilər. Həm də ən azı ona görə ki, “37-ni görməyən”lərin məlum məzarları və başdaşları var. Bir həqiqət də unudulmamalıdır ki, əgər kimsə
repressiyaya məruz qalmayıbsa bu o demək deyildir ki, həmin şəxs bolşeviklərin mərhəməti nəticəsində həbs edilməyib. Əslində onlar (əgər eləsi varsa)
ikiqat repressiyaya məruz qalıb. Belə ki, həmin şəxslərin keçirdiyi stres və həyacanlar, “indi gəlib apararlar” düşüncəsi həmin şəxsləri ölənə kimi narahat edib.
Necə deyərlər, onlar gündə min kərə ölüb dirilib. Qafqazda ən çox repressiyalara məruz qalan azərbaycanlılar olmuşdur. Azərbaycan ziyalılarının
bir çoxu Türkiyəyə casusluq etməkdə ittiham edirdilər.
|
|
<< Geri
| | |
|
|
|