E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  TÜRK DİLLƏRİNİN ÖYRƏNİLMƏSİ VƏ TÜRK DİLLƏRİNİN DİGƏR DİL AİLƏLƏRİ İLƏ ƏLAQƏSİNİN ÖYRƏNİLMƏSİ HAQQINDA QƏTNAMƏ


    

   Qurultay türk dillərinin və dialektlərinin öyrənilməsi, eləcə də qarşıda duran bir sıra vəzifələrin həyata keçirilməsi ilə bağlı aşağıdakıları qəbul etmişdir:
1. Ayrı-ayrı türk dillərini, dialekt və şivələrini dərindən, hərtərəfli öyrənmək, toplanmış dil materiallarını çap etmək, ayrı-ayrı elmi qrammatikaların (türk dillərinin qrammatikası) və lüğətlərin tərtib olunmasını təşkil etmək.
2. Müqayisəli-tarixi qrammatika, müqayisəli-etimoloji lüğətlər, türk dillərinin və dialektlərinin təsnifi ilə əlaqədar hazırlıq işləri görmək.
3. Türkologiya üzrə biblioqrafiya tərtib etmək.
4. Türk dillərinin altay, fin-uqor dilləri və yasəf nəzəriyyəsi ilə əlaqəsi barədə araşdırmaları davam etdirmək
5. Türkoloji işlərin çapını plan üzrə kollektiv əmək əsasında beynəlxalq aləmdə təmin və təşkil etmək.


<<  Geri