E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  ƏLİFBA MƏSƏLƏSİ


    

   Ηələ ΧΙΧ əsrdən M.F.Axundovun başladığı və mütərəqqi ziyalılarımızın uğrunda fəal mübarizə apardığı yeni əlifba ideyası sovet hakimiyyətinin ilk günlərindən dövlət tərəfindən himayə olunmağa başladı.Əslində 1921-1922-ci illərdən başlayaraq Azərbaycan ziyalıları yığıncaqlarda bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bu da ona gətirib çıxartdı ki, iki dəstə yarandı. Latınçılar və islahatçılar. Latınçılar deyəndə latın əlifbasına keçidin tərəfdarları, islahatçılar deyəndə isə ərəb əlifbasında təkmilləşdirmə aparmaq tərəfdarları nəzərdə tutulur. Latınçılar əlifba layihəsi təqdim etdilər, islahatçılar isə heç nə vermədilər. 1922-ci ilin mayında Azərbaycan Xalq Komissarlar Soveti yanında “Yeni türk əlifba komitəsi” yaradıldı. Artıq latın qrafikasına keçidin əsası qoyulurdu. Artıq “Yeni yol” qəzeti (baş redaktoru C.Μəmmədquluzadə) latın əlifbası ilə nəşr olunurdu. 1924-1925-ci tədris ilindən başlayaraq 1-ci siniflərə yeni əlifba ilə dərs keçirdilər.
    Birinci Türkoloji Qurultayda əlifba məsələsinin qoyulması bu işi daha da sürətləndirdi. Türkoloji Qurultayda türklər üçün ədəbi dil məsələsindən dədaha səs-küylü, ətrafında ən qızğın mübahisə gedən məsələ əlifba məsələsioldu. Əlifbanın müzakirəsi beş iclası əhatə etmişdi.
   Əslində, Moskvanın bu qurultayı təşkil etməsi türk xalqlarını əzizləməsindən irəli gəlmirdi. O, bir tərəfdən türklərin bir-biri ilə ünsiyyətinikəsmək, o biri tərəfdən, onları öz qədim, dolğun tarixlərindən məlumatsızlaşdırmaq istəyirdi. Bununüçün min ildən çox işlətdiyi əlifbasını onun əlindən almaq lazım idi. Türkün böyük, şərəfli tarixi buəlifba ilə yazılmışdı. “Elmi terminologiyanın sistemi haqqında” məruzəsində Βəkir Çobanzadə qeydedir ki, Asiya tarixinin ən mühüm, ən uca dövrləri, monqollar, hunlar, teymurilər dövrü, ya islamınyayılma dövrü bu əlifba ilə yazılmışdı. Gələсək türk nəsilləri öz babalarının bu şanlı tarixini oxuyabilməyəсək, kimin övladları olduqlarından xəbərsiz qalacaq və tarixini 1920-ci illərdən başlandığınısanacaqlar və türklər özlərini “böyük rus tarixinin” qarşısında yazıq sanacaqdılar. Ηələ də dərinniyyətini pərdələmək üçün “slavyan çirkabını” gizlədib, riyakar siyasi biclik işlədərək, “Oktyabrinqilabında” imperiya xalqlarına verdiyi hörmət vədini saxlayaraq”, kiril-filan təklif etmədən tarixiəlifbasının yerinə türkə müasir Avropanın və dünyanın ən böyük işlənmə coğrafiyasına malik olanlatın əlifbasını təklif etdi.
    Və sonda səs çoxluğu ilə əksəriyyət latın əlifbasına səs verdilər.Bunun nəticəsi olaraq 1929-cu il yanvar ayının 1-dən etibarən azərbaycanlılar kütləvi surətdə latın əlifbasına keçirlər.

   Qurultayda 17 iclas keçirildi, әlifba mәsәlәlәri 3 iclasda –
10, 11, 12-ci iclaslarda müzakirә olundu. Nәhayәt, uzun sürәn müzakirәlәrdәn sonra 4 mart 1926-cı ildә 13-cü iclasda әlifba mәsәlәsi sәsvermәyә qoyuldu. 101 nәfәr latınlaşdırmanın lehinә, 7 nәfәr әrәb әlifbasında qalmağın lehinә sәs verdi. 9 nәfәr bitәrәf qaldı. Belәliklә, sovet imperiyasının tәrkibinә daxil olan qeyri-rus millәtlәrinin әlifbasının  bundan sonrakı müqәddәratı tәyin edildi.
     Qurultaydan sonra SSRİ MİK-in 11 may 1927-ci il tarixli Sәrәncamı ilә yeni türk Əlifbasının Mәrkәzi Komitәsi yaradıldı, Ağamaloğlu onun sәdri seçildi. 1928-ci ildә isә Ümumittifaq yeni Türk әlifbası komitәsi yaradıldı. Yerlәrә yeni әlifba layihәlәrini tәqdim etmәk tapşırığı verildi. 7 avqust 1929-cu ildә SSRİ MİK – nin «О новом латинизированном алфавите народов арабской письменности Союза ССР» adlı Sәrәncamı ilә bütün әrәb qrafikalı türk vә qeyri türk dillәrindә latın qrafikasına keçid tam rәsmilәşdirildi. Qәzetlәr, jurnallar, kitablar ilk növbәdә latınlaşdırıldı.


<<  Geri