E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  TÜRKOLOJİ QURULTAYIN ETNOQRAFİYA KOMİSSİYASININ QƏTNAMƏSİ


     1. Türk xalqlarının tayfa tərkiblərinin dəqiq hesaba alınmasının böyük əhəmiyyəti vardır. Komissiya Qurultay adından təklif edir ki, Mərkəzdə buna diqqət yetirilsin. Bu məqsədlə təklif edir ki, Moskvada rəhbərlik bu ildə (cari ildə) beynəlxalq siyahıya almanı keçirən zaman xüsusi olaraq yerli təşkilatları cəlb etməklə əhalinin tayfa tərkibinin dəqiq hesaba alınmasına diqqət yetirməlidir.
  2. Son dərəcədə arzu olunur ki, yaxın Türkoloji Qurultaya qədər bütün türk xalqlarının son məlumatlar əsasında bir yerdə, eləcə də ayrı-ayrı respublika və vilayətlər üzrə ətraflı tayfa xəritəsi yaradılsın.
  3. Az saylı xalqların sosial gigiyena və nəslin kəsilməsi əlamətləri, assimilyasiya olunması halları, tibbi-antropoloji xüsusiyyətlərlə bağlı bir sıra məsələlərin səmərəli surətdə ilkin əsaslarla mümkün qədər bütün respublikalarda və vilayətlərdə yaxın qurultayda həll olunması vacibdir.
  4. Komissiya hesab edir ki, planauyğun və öz aralarında razılaşmaqla türk tayfalarının tədqiq olunmasını təşkil etmək lazımdır. Bu araşdırmalar birinci növbədə təsərrüfat formalarının öyrənilməsi (tədqiq edilməsi) istiqamətində olmalıdır: ovçuluq, maldarlıq təsərrüfatı
(oturaq həyat tərzinə keçənə qədər), əkinçilik, torpaqdan istifadə etmə və ev işləri. Mədəniyyətin adı sadalanan elementlərini öyrənən zaman təsdiq edilən hadisənin keyfiyyətinə deyil, həm də kəmiyyət uçotuna diqqət yetirilməlidir. Vaciblərinin aydınlaşdırma sərhəddini (hüdudunu) genişləndirmək lazımdır (bu sırada məişət ünsürlərinin geniş xəritəsini yaratmaq).
  5. Son dərəcə vacib hesab olunur ki, türklərin mərkəzlərinin birində (türk xalqlarının yaşadığı ərazilərin birində) türk xalqlarına aid olanları öyrənmək üçün türklərin mərkəzi mədəniyyət muzeyini yaratmaq lazımdır. Komissiya təklif edir ki, növbəti türkoloji qurultayların birində bu ideyanın müvəffəqiyyətlə həyata keçməsi yerli respublikalarda və vilayət mərkəzlərində olan şöbələrin planauyğun, güclü inkişafı ilə bağlıdır. Komissiya türk respublikalarında və vilayətlərində muzey  tikilişinə xüsusi əhəmiyyət verir və onların inkişafına mərkəzi muzeyin özünün təcrübəsi, eləcə də texniki avadanlığı ilə hər cəhətdən kömək etməsinə inanır.
  6. Komissiya qəbul edir ki, tədqiqat işlərinin çapı üçün növbəti qurultaya hər cür vasitə ilə təmin olunma vacibdir.
  7. Komissiya hesab edir ki, cəmiyyətin mədəni qüvvələrinin və birinci növbədə müəllimlərin gücü ilə uyğun gələn tədris müəssisələrinin planına etnoqrafiyanın tədrisini daxil etmək vacibdir.
  8. Komissiya hesab edir ki, türk xalqları arasında etnoqrafiya və antropologiya müəssisələrinin olmaması səbəbindən Sovet Sosialist Respublikaları İttifaqının ali təhsil müəssisələrində türk gələcəyinin nümayəndələrinin lazımi sayda yerləşdirilməsi vacibdir. O cümlədən onlara xaricə ezam edilməyə imkan verilməlidir.
  9. Xalqın məişəti və antropologiyası məsələləri böyük elmi və praktik əhəmiyyət kəsb edir. Komissiya xahiş edir ki, təşkilat komitəsi növbəti qurultay çağırılana qədər qarşıda duran işlərin lazımi qayğısına qalsın və növbəti qurultayla bu məsələləri qoysun.


<<  Geri