|
Birinci Turkoloji Qurultaya 131
nəfər nümayəndə dəvət olunmuşdu. Onlardan 93 nəfər türk, 38 nəfər isə
qeyri-türk idi. Ümumilikdə qurultayda 17 iclas keçirilmiş, 38 məruzə
dinlənilmişdir.
|
|
Birinci iclas
26 Fevral |
Bu iclasda qurultayın rəyasət
heyəti, rəyasət heyətinin fəxri üzvləri, redaksiya və mandat
komissiyaları, o cümlədən katiblər seçilmiş eyni zamanda
qurultaya olan təbriklər oxunmuşdur. Birinci iclas öz işini
fevral ayının 26- da saat doqquzu on beş dəqiqə keçmiş bağlı
elan etmişdir. |
|
İkinci iclas
27 fevral |
1. V.V.Bartoldun məruzəsi “Türk xalqları tarixinin tədqiqi , öyrənilməsi
işlərinin hazırki vəziyyəti və yaxın vəzifələri”.
2. İ.N. Borozdinin məruzəsi “ Tatar mədəniyyəti sahəsində yeni açılış”.
3. Q.Qubaydulinin məruzəsi “Türk-tatar xalqları ədəbiyyatının tarixi
inkişafı”.
4. S.İ.Rudenkonun məruzəsi “Türk tayfalarının etnoqrafiyasının
öynənilməsinin hazırki vəziyyəti və yaxın vəzifələri”.
5. Yu.Messaroşun məruzəsi “Balkan türklərinin etnoqrafiyasının hazırki
vəziyyəti və yaxın vəzifələri”.
6. Q.F.Çürsinin məruzəsi “Qafqaz türklərinin etnoqrafiyasının
öynənilməsinin yaxın vəzifələri”.
7. A.A.Millerin məruzəsi “ Türk xalqlarında təsviri sənət”.
|
|
Üçüncü iclas
27 fevral |
8. B.Çobanzadənin məruzəsi “Türk ləhcələrinin yaxın qohumluğu”. |
|
Dördüncü iclas
28 fevral |
9. N.N.Poppenin məruzəsi “ Türk dillərinin altay dilləri ilə qohumluq
əlaqələrinin tarixi və müasir vəziyyəti”.
10. A.Qenkonun məruzəsi “Türk dillərinin yasəf dilləri ilə əlaqələri” |
|
Beşinci iclas
28 fevral |
11. A.N.Samoyloviçin məruzəsi “ Türk dillərinin öynənilməsinin hazırki
vəziyyəti və yaxın vəzifələri”.
12. S.Y.Malovun məruzəsi “ Qədim türk dillərinin öynənilməsi”.
13. N.İ.Aşmarinin məruzəsi “ Türkologiyanın keçmiş və indiki vəziyyəti”.
14. R.Y.Acaryanın məruzəsi “ Türk və erməni dillərinin qarşılıqlı
təsiri”. |
|
Altıncı iclas
1 mart |
15. L.V.Şerbanın məruzəsi “Orfoqrafiyanın əsas prinsipləri və onların
ictimai mahiyyəti”.
16. L.İ.Jirkovun orfoqrafiya ilə bağlı məruzəsi.
17. Q.İbrahimovun orfoqrafiya ilə bağlı məruzəsi.
18. Ş.Rahiminin orfoqrafiya ilə bağlı məruzəsi.
19. F.Ağazadənin orfoqrafiya ilə bağlı məruzəsi.
20. A.B.Baytursunun orfoqrafiya ilə bağlı məruzəsi. |
|
Yedinnci iclas
1 mart |
Orfoqrafiya ilə bağlı müzakirələr davam
etdirilir. |
|
Səkkizinci iclas
2 mart |
21. A.R.Zifeldtinin məruzəsi “ Türk dillərində elmi terminologiyanın
formalaşdırılmasının prinsipləri”.
22. B.Çobanzadənin məruzəsi “ Elmi terminologiyanin əsasları”.
23. H.Zeynallının məruzəsi “ Türk dillərində elmi terminologiyanın
nəzəri əsasları”.
24. X.O.Odabaşının məruzəsi “Türk dillərində elmi terminologiya”.
25. A.B.Baytursunun məruzəsi “Qazax dilinin terminologiyasının
prinsipləri”
|
|
Doqquzuncu iclas
2 mart |
26. N.F.Yakovlevin məruzəsi “Tük millətlərində əlifba məsələsinin
ictimai, mədəni şərtləri və yazı probleminin qaydaya salınması”.
|
|
Onuncu iclas 3 mart |
27. L.İ.Jirkovun məruzəsi “Texniuki cəhətdən əlifba düzülüşünün
əsasları”.
28. C.Məmmədzadənin məruzəsi “Türk xalqlarında əlifba qaydası”.
29. Q.Şarafın məruzəsi “Ərəb və latın şriflərinin düzülüşü və onların
türk tatar xalqlarına tətbiq olunması məsələsi”.
|
|
On birinci iclas 3 mart |
30. N.Tyuryakulovun əlifba barəsində məruzəsi.
31. U.Aliyevin hərflərin şəkli qaydası məruzəsi.
32. B.Berdiyevin əlifba haqqında məruzəsi. |
|
On ikinci və on üçüncü iclaslar
4 mart |
Müzakirələr davam edir. |
|
On dördüncü iclas
5 mart |
|
Müzakirələr davam edir. |
|
On beşinci iclas
5 mart |
33. L.V.Şerbanın məruzəsi " Ana dilinin tədrisi
metodikasında yeni cərəyanlar".
34. İ.Lemanvun məruzəsi " Türk dillərinin tədrisi
metodikasının əsaslqrı". |
|
On altıncı iclas
6 mart |
35. S.F.Oldenburqun məruzəsi " Türk xalqları
arasında ölkəşünaslıq işlərinin metodları".
36. Mentselin məruzəsi " Balkan türkləri
ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri". |
|
On yeddinci iclas
6 mart |
37. M.P.Pavloviçin məruzəsi " Türk-tatar xalqlarının Oktyabr
İnqilabından sonra mədəni nailiyyətləri".
38. Mandat komissiyasının məruzəsi. |