1. Yerlərdə türkoloji komitələr
təşkil etmək.
2. Bu komitələrin vəzifələrinə aşağıdakılar daxildir:
a) Türkologiyaya aid bütün materialları toplamaq, çap olunmuşların
hesabatını aparmaq;
b) Yerlərdəki bütün türk yazılı abidələrini toplamaq və siyahısını uçota
almaq;
c) Yerli dialekt və şivələri öyrənmək.
3. Türk respublikalarının Xalq Komissarları yerli komitələrin çap
işlərinə vəsait ayırmalıdır.
4. Bütün yerli türkoloji komitələrin öz aralarında daimi maddi mübadilə
və iş əlaqələri olmalıdır.
5. Qarşılıqlı xidmət və türkologiyanın inkişafı üçün üç aydan bir çıxan
müntəzəm toplular yaratmaq lazımdır. Materiallar
bütün türk dillərində və Sovet Sosialist
Respublikaları İttifaqının digər dillərində çap
olunmalıdır. Çap işləri Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyətinin yanında aparılmalıdır.
6. İttifaqın elmi
müəssisələrinin, elmi işçilərinin elmi
ekspedisiyalarda fəal iştirak etməsi üçün tədbirlər
görmək lazımdır.
7. Qurultay Sovet Sosialist Respublikaları İttifaqının Elmlər
Akademiyasının qəbul etdiyi planı alqışlayır.
Türkiyə və Berlin Akademiyasını yeni nəşr olunmuş
V.V.Radlovun lüğətinə görə salamlayır və belə hesab
edir ki, bu cür böyük elmi işləri dəstəkləmək
lazımdır.
8. Qurultayın bütün məruzələri hansı dildə oxunmuşdursa da, həmin
dildə də çap olunmalıdır. Onların rus dilinə
tərcüməsi də vacibdir. Qurultay belə hesab edir ki,
yaxşı olardı ki, protokolların qısa xülasəsi
fransız dilində də çap olunsun. Protokolların çapı
üçün Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin
yanında üç nəfərdən ibarət komissiya
təşkil edilsin: Çobanzadə, Zifeld, Cəbiyev.
9. Professor B.Çobanzadənin məruzəsi oxunmasa da, çap olunacaq protokola
əlavə olunsun.
Qeyd: Qurultayın
proqramının on dördüncü bəndində professor
B.Çobanzadənin məruzəsinin adı göstərilmişdir:
“Şuralar İttifaqındakı
elmi türkoloji müəssisələrin hazırkı vəziyyəti,
təşkilat quruluşu və yaxın
vəzifələri”
10. Yaxşı oları ki, İkinci Türkoloji Qurultay iki ildən gec olmayaraq
Səmərqənd şəhərində çağırılsın.