Komissiya məruzələrə diqqət
yetirdikdən sonra komissiya iclasına
aşağıdakı fikir mübadiləsini təklif etmişdir:
1. Sovet Sosialist Respublikalar İttifaqındakı türk
xalqlarının yazılı mədəniyyət abidələrinə ciddi
şəkildə fikir vermək lazımdır. Birinci növbədə qədim
yazılı abidələrin siyahısının uçota alınmasını
keçirtmək
lazımdır. Çoxlu tarixi abidələr dağıdıldığına görə
lazımdır ki, təcili tədbir görülsün və onlar
qorunsun. Onlardan ən iriləri qoruq yeri elan
olunmalıdır.
2. Bütün şərq respublikalarında və vilayətlərində
qazıntı işlərini inkişaf etdirmək, onu məlum plan
üzrə aparmaq lazımdır. Birinci növbədə yaxşı olardı
ki, Orta Asiyadan Qara dənizə qədər və İrandan
Volqanın mənbəsinə, eləcə də Xəzər dənizi boyunca
arxeoloji yoxlama aparmaq üçün ticarət karvanı
göndərilsin. Yaxşı olardı ki, arxeoloji plan yaxın 5
il üçün tərtib olunsun.
3. Arxeoloji ekspedisiyanı təşkil edərkən yerli
əhalidən, yerli işçilərdən daha çox cəlb
edilməlidir.
4. Arxeoloji ekspedisiya ilə yanaşı yazılı
materialları toplamaq üçün arxeoqrafik ekspedisiya
da olmalıdır.
5. Türk xalqlarının tarixini öyrənmək sahəsində
monoqrafik tədqiqatları da gücləndirmək lazımdır,
necə ki, sosioloji izahla ümumi tarixi icmallar
tərtib edilir.
6. Türk xalqlarının tarixini öyrənməkdə yeni
araşdırmalara diqqət yetirmək lazımdır. Xüsusilə,
iqtisadi və sosial tarix hələ də az işlənilmişdir.
7. Türk xalqları arasında xalq və inqilabi hərəkatın
öyrənilməsinə ciddi fikir vermək lazımdır. İnqilabi
hadisələri müayinə etmək də son dövrlər lazımdır. Bu
sırada müxtəlif səpgili yazılı abidələr inqilab
iştirakçılarını dindirməklə toplanmalıdır.
8. Türk xalqlarının mədəniyyəti ilə bağlı aparılmış
ekspedisiyaların nəticələrini çap etmək lazımdır.
Şərq respublikalarında, vilayətlərində və Sovet
Sosialist Respublikaları İttifaqında siyahıya
alınmış abidələr, arxeoloji xəritələr çap
edilməlidir.
9. Türk xalqlarının tarixinə dair ən vacib
mənbələrin çapına ardıcıl surətdə başlamaq lazımdır.
Hələ də çap olunmamış arxiv materialları yerli türk
xalqlarının dilinə tərcümə edilərək çap olunmalıdır.
Müxtəlif
dağıdılmış salnamələr toplanmalıdır.
10. Türk xalqlarının tarixinə dair arxiv
materiallarının göstəricilərini tərtib etmək
vacibdir.
11. Türk xalqlarının tarixinə dair rus və xarici
alimlərin ən vacib işlərini türk dillərinə tərcümə
etmək lazımdır.
12. İkinci türkoloji Qurultaya qədər arxeoloji
ekspedisiyalar keçirmək və tarixi materialları bütün
şərq respublikalarında və türk əhalisi olan İttifaq
vilayətlərində çap etdirmək lazımdır.