1. Qurultay belə hesab edir
ki, ölkəşünaslığın böyük əhəmiyyəti vardır.
Türkologiyanın işi üçün yeganə böyük və etibarlı
mədəniyyət bazasıdır.
2. Qurultay Xalq Komissarlarının diqqətinə çatdırır ki, respublikalarda
türkologiya sahəsindəki nailiyyətlərdə xalq
komissarları tərəfindən büdcədən ayrılmış maddi
vəsait ölkəşünaslığa düzgün paylanmalıdır
3. Qurultay hesab edir ki, ölkəşünaslığın təşkili
aşağılarda özəkləri
yaradır, sonra ayrı-ayrı respublika və vilayətlər
üzrə mərkəzi büro formasında olur.
4. Qurultay belə hesab edir ki, bütün ölkəşünaslıq
təşkilatları ölkəşünaslıq məsələləri üzrə
kartotekalar yaratsın.