E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  İMLA ORFOQRAFİYA PROBLEMİ


    

Qurultay çərçivəsində fonetika və orfoqrafiya sahəsində aparılan tədqiqatlar da böyük elmi əhəmiyyət kəsb edib. Xüsusilə Lev Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Məruzədə orfoqrafiyanın yalnız dilçilik prinsip və qaydaları ilə deyil, həm də cəmiyyətin mədəni və sosial inkişafı ilə sıx bağlı olduğu vurğulanıb. Şerban dilin normalarının sosial funksiyasına geniş diqqət ayıraraq, yazı sisteminin həm təhsil, həm mədəniyyət, həm də milli identifikasiya baxımından strateji əhəmiyyətini elmi əsaslarla təqdim edib. Bununla yanaşı, erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda təqdim etdiyi məruzə də xüsusi maraq doğurub. Məruzə türk dilinin erməni dili üzərində tarixi təsirini bütün dil səviyyələri – leksika, morfologiya, sintaksis və fonetika baxımından elmi şəkildə işıqlandırıb. R.Açaryanın tədqiqatında xüsusilə qeyd olunur ki, əski ermənicədən (qrabar) müasir ermənicəyə (aşqarabara) keçidin əsas stimul və səbəbi türk dilinin təsiri olub. Bu mövqe məruzənin elmi obyektivliyini artırmaqla yanaşı, dil tarixinin və qarşılıqlı təsirin qanuni və faktiki əsaslarını təqdim edir. Nəticə etibarilə R.Açaryanın araşdırması bugünkü dövrdə erməni şovinist ideologiyasına qarşı güclü və elmi əsaslı arqument kimi çıxış edir.


<<  Geri