1. Birinci Beynəlxalq
Türkoloji Qurultay orfoqrafiya ilə bağlı türk
dilləri üçün bu məsələləri əhatə edir: Mədəni
dillərdə düzgün yazmaq üçün dörd elmi prinsip olur.
Bunlardan türk dilləri üçün ən uyğun olanı başlıca
olaraq fonetik prinsipdir. Bu və ya digər ölçülər
etimoloji,
morfoloji prinsiplə uyğunlaşmalıdır.
2. Etimoloji prinsipinin həyata keçirilməsi ədəbi ənənədən asılı
olmalıdır. Hər bir dilin dialektlərinin böyük və ya
kiçik olmasından asılı olmayaraq etimoloji prinsip
yazıda dialektlərə imkan yaradır, hər cür
danışanların düzgün yazmasını əsaslandırır.
3. Düzgün yazmaq üçün təkcə etimologiyadan istifadə etmək olar.
Etimoloji prinsip tarixi prinsiplə
qarışdırılmalarıdır.
4. Məlum dillərdə danışan xalqlar fonetik prinsiplə yazarkən ərəb
və xarici (avropa) sözləri xalq kütləsi
mənimsəməlidir.
5. Fonetik prinsip tələffüzə əsaslanır. Ona görə də canlı türk
dilləri üzərində heca tipləri və onlarda əvvəldə,
ortada, sonda iştirak edən saitlər, samitlər
aydınlaşmalıdır.
6. İslah olunmuş ərəb əlifbası işlənilmiş orfoqrafiyaya hələlik
ardıcıllıqla xidmət etməmişdir. Azərbaycanda, digər
respublikalarda və
vilayətlərdə qəbul olunmuş yeni latın əlifbası
orfoqrafiyanı yaratmaq üçün daha əlverişli şərait
yaradır.
7. Qurultay məsləhət bilir ki, ədəbi dildə vahid orfoqrafiya
qaydası qorunsun. Qurultay bir sıra türk dillərində
rast gəlinən provinsializm (məhəlli söz və ya ifadə,
əyalətə məxsus görüş və ədalar) ənənəsini qəbul
etmir.
8. Səmərəli surətdə düzgün yazmağı qurmaq üçün türk-tatar
dillərinin orfoqrafiya lüğətlərini yaratmaq
lazımdır.
9. Qurultay təklif edir ki, müvafiq elmi təşkilatlar
vahid fonetik transkripsiyaları təşkil etmək
məsələlərini latın əlifbası əsasında səslərin ifadə
olunması üçün bütün türk-tatar dillərində işlər
görsünlər.