Türk
xalqlarında doğma dilin müvəffəqiyyətlə tədrisi
ayrı-ayrı dillərin və onların dialektlərinin ciddi
araşdırılması və müəllimlərin yaxşı linqvistik
təhsili olmadan həyata keçirilə bilməz, odur ki, həm
orta, həm də ali pedaqoji təhsil müəssisələrində bu
təhsil elementləri müstəqim əhəmiyyətə malik
olmalıdır. Savad öyrədərkən, bütöv söz
(Amerika) üsulu tarixi orfoqrafıyaya malik dillərdə
daha çox əhəmiyyətə malikdir. Səs üsulu
fonetik orfoqrafıyalı dillərdə uğurla tətbiq oluna
bilər. Təlimin Montessorinin səs üsulu ilə
təşkilinə diqqət yetirilməsi məsləhət görülür. Sırf
mexaniki köçürmə yazmaq öyrədilməsi üçün əlverişsiz
vasitədir. Yaxşı nəticələr əldə edilməsi üçün yazı
ilə paralel, şagirdlərin diqqətinin dilin xarici
fənnalarına cəlb edilməsi, bunun üçün yazı ilə
əlaqədar müvafiq səs məsələlərinin təhlili, həlli
yəlundan istifadə əlunması zərııridir. Nitqin
inkişafı üzrə məşğələlər də eyni üsullarla, yəni
dilin təhlili və onun ayrı-ayrı elementləriniıı
mənasmın müəyyənləşdirilməsilə müşayiət olunmalıdır.
Şagirdlərin bir
çoxunun təbii ikidilliliyi bu cür məşğələlər üçün
əlverişli şərt olmalıdır, həm şagirdləriıı ümumi
mədəni iııkişafı, həm də sırf əməli məqsədlər-
üsluba yiyələnmək üçün hər vəchlə inkişaf
etdirilməli və istifadə olunmalıdır. Qrammatikanın tədrisi zamanı formalardan çıxış edilməli, onların mənası axtarılmalıdır. Lakin unutmaq lazim deyil ki, dilin ifadə vasitələri təkcə sözlərin yox, söz birləşmələrinin də formaları və digər sintaktik vasitələrdir. Hər halda, dildə nə mərhələlı, nə də sintaktik şəkildə əks olunmayan kateqoriyalar axtarmaq lazım deyil.
İkinci mərhələdə müstəqil fənn kimi elmi
qrammatikanm öyrənilməsi arzu edilir. Birinci
pillədə əsas təlim materialları türk xalqlarının
xalq yaradıcılığı olmalıdır. İkinci pillədə ədəbiyyat həm epizodik planda, ictimaiyyətşünaslıqla əlaqəli və müasir ədəbiyyata üstünlük verməklə, həm də tarixi-ədəbi baxımdan öyrənilməlidir. Tarixi-ədəbi oçerkə digər türk xalqlarının ədəbiyyatları ilə qısa tanışlıq da daxil edilməlidir. Bununla əlaqədar, xüsusi müntəxabatlar çap olunmalıdır.