1. Türk sözlərindən ibarət elmi terminologiyanı
yaradan zaman müxtəlif dillərə aid olan müəyyən qrup terminlərlə hesablaşmaq
lazımdır. Ona görə ki, müxtəlif termin qrupları ilə olan əlaqə itməməlidir.
2. Terminologiyanın əsasında tez-tez təsadüf olunan və mənası aydın
olan sözlər durur. Onları termin kimi götürmək, qəbul etmək lazımdır.
3. Təsadüfən termin qruplarına uyğun gəlməyənlər olmadıqda sözləri digər
türk dillərindən götürmək, onları almamışdan qabaq isə türkcə olmayan
sözlərə üstünlük vermək.
4. Geniş şəkildə mənimsənilmiş ərəb-fars mənşəli terminlər türk
dillərinin qrammatikasına tabe olmaq şərtilə saxlanmalıdır.
5. Belə hesab olunur ki, türk dilləri üçün ərəb-fars mənşəli terminlərin
gələcəkdə istifadəsi mümkün deyil, ərəb-fars terminlərindən qəti surətdə
imtina edilməlidir. Yeni terminləri yaradan zaman ümumiavropa meylini
saxlmaq lazımdır.
6. Ümumi-avropa mənşəli terminlər türk dillərinin təbiətinə uyğun
artikulyasiya edilməli və yanlız sözün kökü qəbul olunmalıdır. Digər
dillərdən alınmış terminlər də türk dillərinin artikulyasiyasına
uyğunlaşmalıdır. Bu mənada alınma terminlərdə hecaların, səslərin yerini
dəyişmək, yaxud tam şəkildə mənimsənilmişləri olduğu kimi saxlamaq lazımdır.
7. Bütün sonrakı etimoloji təbəqələşmə və bu köklərlə bağlı olan
terminlər türk dillərinin təbiətinə tabe edilməlidir.
8. Pedaqoji mülahizələrdən belə çıxır ki, məktəb ədəbiyyatları,
dərslikləri üçün terminləri yaradan zaman əsas istiqamət mümkün qədər belə
olmalıdır:
I pilləli məktəb üçün terminlər;
II pilləli məktəb üçün terminlər;
ali məktəblər üçün terminlər
I pilləli məktəblərdə xarici terminlərin sayını azaltmaq lazımdır.
9. Elmi dilin sərhədini yaradan zaman daha çox işlənən
terminlərin sistemləşdirilməsi vacibdir. Dilin aşağı və yuxarı qatlarını
yaratmaqdan, yeni mənalı mürəkkəb terminlərdən qaçmaq lazımdır.
10. Çoxmənalı sözlərdən yalnız mənasının biri dəqiqləşməli və
işlənməlidir.
11. Terminləri yaradarkən süni surətdə ixtisar olunmuş və mənası çətin
mənimsənilmiş terminlərdən qaçmaq vacibdir.
12. Hər bir respublikada daimi terminoloji komissiya yaradılmalıdır. Bu
komissiyalar öz təcrübələrini digərləri ilə bölüşdürməlidirlər. Eyni zamanda
onlardan biri təşəbbüs üzrə bu sahədə bütün irəliləyişləri yekunlaşdırmaq
üçün müşavirə (mazakirə, məsləhət) çağırmalıdır.
13. Gələcək işləri asanlaşdırmaq üçün hər bir respublikada
ümumtürk elmi terminlər lüğətini yaratmaq lazımdır.