E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

  YENİ TÜRK ƏLİFBASI BARƏDƏ QURULTAYIN QƏTNAMƏSİ


    

    Birinci Beynəlxalq Türkoloji Qurultayın latın qrafikalı əlifbaya keçməklə bağlı qəbul etdiyi qətnamə belə olmuşdur.
  1. Qurultay ərəb əlifbasının islah edilməsi və yeni türk əlifbasının (latın qrafikalı əlifbanın) ərəb əlifbasından texniki cəhətdən mükəmməl olmasını təsdiq edir, o cümlədən yeni əlifbanın ərəb əlifbası ilə müqayisədə mütərəqqi mahiyyətini və mədəni-tarixi nüfuzunu qəbul edir. Qurultay hesab edir ki, yeni əlifbanın həyata keçirilməsi hər bir türk-tatar respublikasınını, vilayətinin və xalqının işidir.
   2. Bununla bağlı olaraq qurultay yeni əlifbanın həyata keçirilməsini
müsbət hal kimi qiymətləndirir. Latın əlifbası əsasında yaranmış yeni türk əlifbasının qəti olaraq vilayətlərdə və respublikalarda (Azərbaycanda, Yakutiyada, Qırğızstanda, İnquşiyada, QaraçayÇərkəzdə, Kabardində, Balkarda, Osetiyada, Çeçenistanda, Başqırdıstanda, Türkmənistanda, Özbəkistanda, Adıgey-Çərkəzdə) həyata keçirilməsini geniş bir hərəkat kimi qəbul edir.

     Qurultay yuxarıda adları göstərilən vilayətlərdə və respublikalarda
yeni türk əlifbasının (latın) həyata keçirilməsi ilə bağlı görülmüş müsbət işləri ürəkdən alqışlayır, məsləhət görür ki, bütün türk-tatar və başqa xalqlar yeni reformalar aparmaq üçün Azərbaycanın, eləcə də digər respublikaların təcrübəsindən, metodundan (üsulundan) istifadə etsinlər.


<<  Geri