Dünyada insanlar tərəfindən hər il qeyd olunan müxtəlif ekoloji
günlər var. Belə günlərin qeyd olunmasının məqsədi ictimaiyyətin
diqqətini planetimizdə olan ekoloji problemlərə cəlb etməkdir.
Bunlardan ən məşhurları Ətraf Mühitin Mühafizəsi, Su, Yer,
Parklara yürüş, Ozon Qatının Qorunmasıdır.
2 FEVRAL – ÜMUMDÜNYA SU - BATAQLIQ GÜNÜ
2 fevral 1971-ci ildə İranın Ramsar şəhərində “Sudaüzən quşlar üçün
beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq hövzələrinə dair Konvensiya”
imzalanmışdır.
19 FEVRAL - ÜMUMDÜNYA SU
MƏMƏLİLƏRİNİN MÜHAFİZƏSİ GÜNÜ-19
fevral tarixində Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd edilir
(Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri
və dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.
Bu gün 1986-cı ildən keçirilməyə başlamışdır, 200 il ərzində balinaların
məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların
ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri
balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan
edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları
balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək
məqsədilə çoxsaylı aksiyalar keçirirlər.
22 Mart –Ümumdünya su
günü- BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193
nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü”
elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının
mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın
səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə
maarifləndirilmənin təmin edilməsidir.
23 Mart -
Ümumdünya meteoroloq günü
1961 ildə Ümumdünya meteoroloji təşkilat 23 mart tarixini Ümumdünya
meteoroloji gün kimi qeyd etməyi qərara almışdır. Bu günü qeyd etməkdə
məqsəd – əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji
xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir. Hər il bu gündə insanlara 38
meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir.
1 aprel – Beynəlxalq quşlar günü-
1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya
imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu
günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ
müxtəlifliyini qorumaqdır. Beynəlxalq Quşlar Günü hər il UNESCO
tərəfindən “İnsan və Biosfer” adlı ilə həyata keçirilən xüsusi proqram
çərçivəsində qeyd edilir. Bu gün məktəblilər və quş həvəskarları
bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını
yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.
22 aprel – Yer günü-
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi
XIX əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska
ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr
edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın
ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü”
Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur.
1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun
ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının
tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bayram “Yer
günü” adlandırılmışdır. Dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur.
Əgər 1970-ci ildə birinci Yer gününün qeyd olunmasında 20 milyon insan
iştirak etmişsə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız
maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil
olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün
vəsaitlər yığılır.
22 may – Beynəlxalq biomüxtəliflik günü-
2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli
qətnaməyə əsasən 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın
qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan
etmişdir. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli
qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.
23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı-
2007-ci il 16 may tarixində Prezident İlham Əliyev tərəfindən hər il may
ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam
imzalanmışdır.
5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü-
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun
tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri
diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında
ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə
diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05
iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verildi
və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə
qeyd olunmağa başlandı.
17 iyun – Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü-
Səhralaşma - qlobal ekoloji və sosial - iqtisadi problemdir. Bununla
əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə
haqqında Konvensiya qüvvədədir. 17 iyunda qeyd olunan “Ümumdünya
quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş
Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş
Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında
Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə
mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu
barədə maarifləndirmənin artırılması təklif olunur.
12 avqust - Xəzər günüdür-
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə
Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini
və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O,
“çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil
olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Konvensiya Xəzər dənizinin
ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının
alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və
bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji
sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin
qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid
müddəalar əksini tapmışdır.
Konvensiya beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra
12 avqust 2006-cı il tarixində qüvvəyə minmişdir. Bundan sonra hər ilin
12 avqust tarixi Xəzəryanı dövlətlərdə “Xəzər günü” kimi qeyd edilməyə
başlamışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf
mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji
ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə
edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
16 sentyabr – Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü-
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici
radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir.
Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan
ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli
problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi
belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə
BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon
təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon təbəqəsini
dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması
məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna
uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon
təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və
sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda
həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür.
Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər,
ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə
dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173
dövlət qoşulmuşdur.
Sentyabrın sonuncu həftəsi - "Xəzər həftəsi"-
1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) Ümumdünya dəniz gününü
qeyd edir. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq
Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu
tarix sentyabr ayının son həftəsinə təsadüf edir. Bu gün ictimaiyyətin
diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur.
1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı
Assambleyasının 10-cu sessiyasında qərara alınmış Ümumdünya Dəniz günü
1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd
olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd
olunur.
Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət
və özəl strukturların diqqətini dənizlərin və onların bioresurslarının
qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və
okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən
və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə
biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən
ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin
təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.
1-2 oktyabr - Ümumdünya quşların müşahidəsi günü
4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü-
Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və onların
həyatının yaxşılaşdırılması barədə düşünməlidir.
İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən
milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün
“Ümumdünya heyvanların mühafizəsi günü” keçirilmişdir.
4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün heyvanların
müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günüdür.
Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur.
Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin
əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad
olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi
heyvan və quşların əhatəsində təsvir ediblər.
11 dekabr - Beynəlxalq Dağlar Günü-
Beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət
artırmaq məqsədi ilə keçirilən tədbirdir.
BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili
adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə
dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş
Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11
dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə
adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin
qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha
qaldırılmasıdır. “Dağlar Günü” hər il bir başlıq altında qeyd olunur.
|