E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

"GƏNCLƏRİN AZƏRBAYCANIN İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNİN EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ İŞTİRAKI" LAYİHƏSİ


Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən, təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılır.

Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” birgə layihəsinə start verilib. Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciət daxil olub, onlardan 60 nəfər müsahibə əsasında seçilib. İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik, geologiya, su ehtiyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara bölünüb. Ərazilərdə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə nəzəri mühazirələr təşkil edilib. Həmçinin keçmiş münaqişə zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq sağlamlıq və təhlükəsizlik təlimləri keçirilib. Növbəti mərhələdə “Qarabağı qoru” şüarı altında keçirilən layihənin iştirakçıları Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar həmin ərazilərdə aparılan ekoloji qiymətləndirilmədə, o cümlədən xüsusi cihaz və qurğularla havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi və s. proseslərdə iştirak edib, işğal nəticəsində törədilən ekosidi əyani şəkildə görüblər.

"Qarabağı qoru!" - Şuşa rayonu

"Qarabağı qoru” - Cəbrayıl rayonu

"Qarabağı qoru!" - Zəngilan rayonu

"Qarabağı qoru!" - Ağdam rayonu

“Qarabağı qoru” - Qubadlı rayonu

“Qarabağı qoru” - Füzuli rayonu

<< Geri