Yusif Səmədoğlu 1935-ci il
dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd
Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı
Salahlı kəndinin Vəkilovlar soyundandır. 1953-cü ildə Moskvada
Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat
İnstitutuna daxil olmuşdur. 1957–1958 - ci illərdə həmin İnstitutun
IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna
dəyişilmişdir. 1960–1965 - ci illərdə "Azərbaycan" jurnalı
redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965–1969 - cu
illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru,
1969–1976- - cı illərdə "Azərbaycanfilm" kinostudiyasının direktor
müavini, 1976–1987 - ci illərdə "Ulduz jurnalının baş redaktoru,
1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində
işləmişdir. 1991 - ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi
heyətinə (nəsr üzrə katib) seçilmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş
Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən
qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə
çatdırmışdır.
"220 saylı otaq" (1960),
"Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi
olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali
Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
1998-ci il avqustun 16-da vəfat etmiş, Bakıda
Fəxri Xiyabanda dəfn olunmuşdur.
|
<< Geri
|