“Sumqayıt Texnologiyalar Parkı” (STP) Şirkətlər Qrupu 8 noyabr - Zəfər Günü
münasibətilə “Zəfər ağacı” abidəsi hazırlayıb. Abidə 44 günlük Vətən
müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini
əbədiləşdirmək məqsədi daşıyır.“Zəfər ağacı” paslanmaya davamlı metaldan
hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış, üzərində
şəhidlərimizin adları yazılmış 3000 metal hərbi adlıqlardan ibarətdir. Ağacın
hündürlüyü 2,9 metr, eni 2,2 metr və çəkisi 400 kiloqramdır. Azərbaycan
vətəndaşları və şəhərimizin qonaqları “Zəfər ağacı”nı görmək üçün noyabrın 7-dək
kimi Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı
yarmarkanı ziyarət edə bilərlər. “Zəfər ağacı”nın noyabrın 8-də Sumqayıt
Şəhərinin Şəhidlər Xiyabanında quraşdırılması planlanır. |