Dəmir yumruq — Xocavənd rayonunun Hadrut
qəsəbəsində qoyulmuş abidə. Abidə 2021-ci ildə qoyulub. Hadrut qəsəbəsində
yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin
üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan
pilotsuz uçuş aparatları əks olunub.
"Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad
edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.
|