Hacıqabulun
Qubalı Baloğlan kəndində 1918-ci ilin mart qırğınları zamanı şəhid
olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb.
1918-ci ildə
Qubalı Baloğlan kəndində erməni-daşnak silahlı birləşmələrinə qarşı
döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə
vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakini - qırğınların
şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid
əsgərləri həyətyanı sahəsində dəfn edib. Türkiyənin Azərbaycandakı
səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində Osmanlı və
Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb, məzarlar
abadlaşdırılaraq yenilənib.