Azərbaycan alimi, ictimai xadimi, Xalq yazıçısı,
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın
həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.
Bakı Slavyan Universitetinin ilk rektoru (2000-2014),
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər
bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri
(2014-2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan
Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil
Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının
həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural
Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət
Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Təhsil Elmləri
Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. Sofiya
Universitetinin ali mükafatı – “HONORARY BLUE RIBBON INSIGNIA” (“MAVİ
LENT FƏXRİ NİŞANI”) laureate, AMEA-nın “Türkologiya” (“Sovetskaya
Türkologiya”) jurnalının baş redaktoru (2016-cı ildən).
Kamal Mehdi oğlu Abdullayev 4 dekabr
1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası müəllim, anası
həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 19
noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr
2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının
sədri seçilib. ABŞ (Kolumbiya Universiteti, Harriman
İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya
(Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti,
Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ
Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət
Universiteti), İtaliya (Salesian Vatikan Universiteti)
universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq
simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa,
Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə)
təşkilatçısı və iştirakçısı olub. Kamal Abdullanın bədii əsərləri –
pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və
xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis,
fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb,
yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə
olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə
qoyulub.
Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi",
"Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..."
"Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının
müəllifidir. Onun haqqında "Kədərin sirri" (müəllifi Elçin Səlcuq),
"Kamal Abdulla: seçimin morfologiyası" (müəllifi prof. Asif Hacılı),
"Kamal Abdulla: Yazıdan mifə" (müəllifi Rüstəm Kamal) və Türkiyədə
"Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində" (müəllifi Mehman
Musaoğlu), Rumıniyada "Камал Абдулла: Философия полноты" (müəllifi
Lyudmila Bejenaru) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı
ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa, Litva, Rumıniya,
Qazaxıstan, Qırğızıstanda və başqa ölkələrdə yazılar çap edilib.
Onun dram əsərlərindən
ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı — “Unutmağa
kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), Bir,
iki, bizimki! (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004),
“Ruh” (Ankara, 2006), “Все мои печали» (Ваку-Мутарджим-2009) nəşr
olunmuşdur.
“Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasının müəllifidir (Bakı,
Mütərcim, 2001). “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998),
“Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014) kitablarında müəllifin şeirləri
cəmlənib.
Müəllifin öz məktəb həyatından bəhs edən
“Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci
ildə povest «Открывая друг друга» adlı topluda “Дневник с заметками на
полях” adı ilə rus dilində çap edilmişdir. Tarixsiz gündəlik» povesti
2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
«Əsərlər toplusu» adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest
“Един към друг” adlı topluda “Дневник с бележки в полетата” adı ilə
bolqar dilində çap edilmişdir.
“Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri,
şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb. 2017- ci ildə
Azərbaycanda Humay mükafatı; 525-ci qəzetin “İlin romanı” adlı mükafatı;
Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”; Rusiya Federasiyasının
Puşkin medalına laiq görülüb.
2009-cu ildə Azərbaycanla Çexiya arasında
münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı; Polşa
Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük
Xaç” kavaler ordeni; Polşa Respublikası prezidenti Lex Kaçinski
tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni; Polşanın müsbət
simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa
Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomunu alıb. 2000-ci ilin may ayında M.F.Axundov
adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib. İyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə
yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.
Kamal Abdulla türk xalqlarının qədim epik
ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. O, 1988–1990-cı illərdə
Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu)
sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri
olub. Bu Fond vasitəsilə o, valideynlərini itirmiş fəal tələbələrə
təqaüdlər verib.
Ölkə
Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının
üzvü təyin edilib. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu
qurumun Himayəçilik Şurasının sədri seçilib. 17 fevral 2016-cı ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın
“Türkologiya” jurnalının baş redaktoru təyin edilib. 2017-ci ildən
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan
Dillər Universitetinə rektor vəzifəsinə təyin edilib. Azərbaycan
Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Kamal Abdulla Azərbaycanda ilk Tərcümə
ensiklopediyasının hazırlayanı və redaktoru olub.
Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın
həqiqi üzvü, həm də xalq yazıçısıdır.