Tehranda
beynəlxalq kitab sərgisi
Bu ilin may ayının 6-dan 16-a kimi İran
İslam Respublikasının Tehran şəhərində sayca
28-ci ənənəvi Beynəlxalq kitab sərgisi
keçirilmişdir. Türkiyə,
Gürcüstan, Əfqanıstan, Tacikistan, Çin, Fransa və
Livan kimi ölkələr daxil olmaqla 65 xarici ölkələrlə bahəm
Azərbaycan da bu sərgidə təmsil olunurdu.
Azərbaycan-İran
münasibətləri dərin tarixi köklərə malikdir.
Eyni dinə mənsub olan bu xalqları tarix boyu elmi,
mənəvi, mədəni əlaqələr birləşdirmişdir.
İran İslam Respublikası ilə 765 km. uzunluqda
sərhədi olan Azərbaycan daima İran İslam
Respublikası ilə dostluq, qardaşlıq
əlaqələrini inkişaf etdirmək niyyətində
olmuşdur.
İki xalqı bir-birinə zəngin mədəni əlaqələr
bağlayır. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan
şairləri Azərbaycan və fars dillərində
böyük əsərlər yaratmışlar. 1871-74-cü
illərdə M.F.Axundzadənin 6 komediyası fars dilinə tərcümə
edilərək İranda yayılmışdır. Təbriz, Urmiya və Xoy şəhərlərində
Üzeyir Hacıbəylinin məşhur
komediyaları tamaşaya qoyulmuşdur.
Azərbaycan
şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
(Şəhriyar) öz əsərlərini Azərbaycan və
fars dillərində yazmışdır. Azərbaycanda onun
"Heydərbabaya salam" poeması, türkcə
“Divan”ı çapdan
çıxmışdır.
Hər
iki xalqın qabaqcıl ziyalıları xalqlar arasında
mədəni əlaqələrin inkişaf etdirilməsi
işinə xidmət etmişlər. Bu işdə Seyid
Məhəmməd Hüseyn Şəhriyar (1906-1995),
Məmməd Səid Ordubadinin xidmətlərini (1872-1950)
xüsusi qeyd etmək lazımdır. Azərbaycan-İran
mədəni əlaqələrinin davam etdirilməsində bu
yazıların rolu çox böyük olmuşdur.
Məhz illərlə köklənən
bütün bu munasibətlər Tehranın Mosalla sәrgi kompleksindә bu ilin may ayının 6-dan 16-a kimi keçirilən 28-ci beynәlxalq
kitab sәrgisində bir daha hiss olunurdu. Sərginin Azərbaycan
bölməsinin stendi Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana və Azərbaycan Respublikasının İran
İslam Respublikasındakı səfirliyi tərəfindən
hazırlanmışdır. Stendin əsas hissəsində
ümummilli lider Heydər
Əliyevin portreti, Azərbaycanın bayrağı və
dövlətçiliyimizlə bağlı maraqlı material və
fotoşəkilləri özündə əks etdirən
kitablar yerləşdirilmişdir. Baxımlı yerlərdə Azərbaycanın tarixi abidələri,
təbiəti, mədəniyyəti, ədəbiyyatı ilə
əlaqəli kitablar da var idi.
Sərgi olduqca maraqlı keçirdi. Azərbaycana
göstərilən diqqət xüsusən Tehranın
özündən, Təbrizdən, Mərənddən, Xoydan,
Zəncandan Ərdəbildən, Biləsuvardan gələn azərbaycanlıların
bizim ədəbiyyata olan sonsuz maraqları onların
xəfif təbəssümlərində, doğma
baxışlarında, isti münasibətlərində təcəssüm
olunurdu.
Sərgidə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında sərəncamı ilə çap olunan müxtəlif
seriyalardan, o cümlədən “Klassik Azərbaycan ədəbiyyatı”
“Müasir Azərbaycan ədəbiyyatı” “Azərbaycan xalq ədəbiyyatı” “Azərbaycan dili və tarixi” “Ədəbiyyat
antologiyası” seriyasından olan
kitablar böyük maraq hissi ilə
qarşılanırdı. Xüsusən də həmin
kitabların hər birinin 25 000 tirajla çap olunub Azərbaycan
kitabxanalarına hədiyyə olunması dünya kitabxana təcrübəsində
bir örnək olaraq qiymətləndirilirdi. Sərgidə eyni
zamanda Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinə,
musiqisinə, dekorativ sənətinə dair çap etdirdiyi nəfis
tərtibatlı kitablar və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nəşrləri sərgi
iştirakçılarının
böyük marağına səbəb olurdu. Sevindirici haldır ki, İranda da bir
çox Azərbaycan yazıçıları sevilir və Azərbaycan ədəbiyyatı
abidələrinə ehtiramla yanaşılır.
“Bakı-2015” ilk Avropa Oyunlarına aid
materiallar da geniş nümayiş olunurdu. Sərgiyə gələn
ziyarətçilərə yarışlar haqqında təbliğat
materialları, ölkəmiz haqqında reklam-çap
materialları təqdim olunurdu.
Hər iki ölkənin mədəni siyasətlərindəki
hədəf birliyi milli mədəniyyəti birgə
inkişaf etdirmək üçün geniş zəmin
yaradır. Əlaqələrin
belə inkişafı hər iki ölkədə kitabxana
sahəsində də yeni əməkdaşlıq
istiqamətlərini ortaya çıxarır. Azərbaycan Milli Kitabxanası ilə
İran Milli Kitabxanası arasında beynəlxalq kitab mübadiləsi həyata
keçirilir, bu yol ilə alınan və göndərilən
kitabların sayı ildən-ilə artır. Beynəlxalq kitab mübadiləsi
hər iki ölkənin kitabxanaları arasında
qarşılıqlı memarondum və məktub əsasında
qurulur. Bu əlaqələrin nəticəsidir ki, bu gün Azərbaycan
Milli Kitabxanasının “Şərq fondu”nda fars dilində
İranın mədəniyyətini, tarixini,
iqtisadiyyatını əks etdirən və görkəmli
yazıçılarının əsərlərini əhatə
edən 7815 nüsxə ədəbiyyat
qorunub saxlanılır. Son beş
ildə Azərbaycan Milli
Kitabxanası tərəfindən, İran İslam
Respublikası Milli Kitabxanasına Azərbaycanın tarixinə,
siyasətinə, iqtisadiyyatına, elminə və mədəniyyətinə dair 250 nüsxə ədəbiyyat
göndərilmişdir. Azərbaycan Milli Kitabxanası da müvafik mövzulara dair İran
İslam Respublikası Milli Kitabxanasından 178 nüsxə ədəbiyyat
almışdır. Yaxın gələcəkdə bu əlaqələrin
daha da genişləndirilməsi nəzərdə tutulur.
Ölkələrimiz
arasında ikitərəfli əlaqələrin müxtəlif
sahələrdə, o cümlədən kitabxana
sahəsində də uğurla
inkişaf etməsi qarşılıqlı
münasibətlərin inkişafına töhfə
verəcəkdir. Bir-birinin ədəbiyyatına,
mədəniyyətinə olan bu maraq
ikitərəfli münasibətlərin və regional
əməkdaşlığın daha da
genişləndirilməsi üçün konkret
istiqamətlər müəyyənləşdirir.
Ölkələrimiz arasındakı tarixi köklərlə
bir-birinə bağlı olan əlaqələr bundan sonra da inkişaf edəcək, müasir
mərhələdə qonşu, dost və qardaş münasibətlərin
nümunəsinə çevriləcəkdir.
Mələk Xanım Hacıyeva
Azərbaycan Milli
Kitabxanasının Elmi işlər
və beynəlxalq əlaqələr
üzrə direktor müavini
Əməkdar
mədəniyyət işçisi
Mişov
Dağı.- 2015.- ¹ 14.- S. 144-147.
XXVIII Beynəlxalq
kitab sərgisi. Tehran.