1938 |
Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində təhsil
almağa başlamışdır. |
1945 |
ÜİLKGİ sıralarına qəbul edilmişdir; |
Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbini
bitirmişdir. |
1945-1946 |
Krasnoselo rayonunun Cil kəndindəki
Əli Bayramov adına
kolxozda işləmişdir.
|
1946 |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Böyük Vətən
müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə
görə” medalı ilə təltif edilmişdir.
|
1947 |
Krasnoselo rayonunun Toxluca kənd onillik
məktəbinin 8-ci sinfində oxumağa başlamışdır.
|
1950 |
Krasnoselo rayonunun Toxluca kənd
onillik məktəbini bitirmişdir;
|
|
Bakı Dövlət Universiteti filologiya fakültəsinin
kitabxanaçılıq şöbəsinə qəbul edilmişdir. |
1955 |
Sov. İKP sıralarına qəbul edilmişdir; |
|
Bakı Dövlət Universitetini bitirmişdir;
|
|
Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq
və biblioqrafiya kafedrasında müəllim
saxlanılmışdır.
|
1957 |
Bakı Dövlət Universitetinin şərqşünaslıq
fakültəsi partiya bürosunun katibi seçilmişdir. |
1958 |
“Kitabxana fondunun
təşkilinin bəzi məsələləri” adlı ilk kitabı
çapdan çıxmışdır.
|
|
Kitabxanaşünaslıq və
biblioqrafiya kafedrasının baş müəllimi
vəzifəsinə seçilmişdir.
|
1960 |
“Azərbaycanda kitabxana
işinin tarixindən (1870-1920)” adlı kitabı nəşr
olunmuşdur.
|
1961 |
“Azərbaycanda kitabxana
işinin tarixindən (1920-1932-ci illər)”
mövzusunda dissertasiya müdafiə edib tarix
elmləri namizədi elmi dərəcəsini almışdır.
|
1961-1981 |
Bakı Dövlət Universiteti
partiya komitəsinin üzvü
olmuşdur.
|
1962-1969 |
Bakı Dövlət Universitetinin
doktorluq dissertasiyaları
müdafiəsi üzrə elmi şurasının
üzvü olmuşdur. |
1962-1970 |
Bakı Dövlət Universiteti kitabxanaçılıq
fakültəsinin
dekanı vəzifəsində işləmişdir.
|
1962-ci ildən
bu günə kimi |
Bakı Dövlət Universitetinin
Böyük Elmi Şurasının
üzvüdür.
|
1963-cü
ildən
bu günə kimi |
Bakı Dövlət Universiteti
kitabxanaşünaslıq
kafedrasının müdiri vəzifəsində çalışır.
|
1964 |
Ali Attestasiya Komissiyası
(AAK) tərəfindən Kitabxanaşünaslıq kafedrası
üzrə dosent elmi adı təsdiq edilmişdir.
|
1964-1984 |
Azərbaycan SSR Mədəniyyət
Nazirliyi yanında İdarələrarası
kitabxana şurasının sədri olmuşdur.
|
1965-1980 |
SSRİ Mədəniyyət Nazirliyi
yanında İdarələrarası
kitabxana şurasının üzvü
olmuşdur.
|
1966-cı
ildən
bu günə kimi |
Azərbaycan Sovet Ensiklopediyasının elmi
məsləhətçisidir |
1969 |
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin fərmanı ilə “Azərbaycan SSR
əməkdar mədəniyyət işçisi” fəxri adına layiq
görülmüşdür.
|
1970-1979 |
Bakı Dövlət Universiteti Elmi
əsərlərinin “Kitabxanaşünaslıq və biblioqrafıya”
seriyasının redaktoru olmuşdur
|
1970-1985 |
“Kitablar aləmində” jurnalının redaksiya
heyətinin üzvü olmuşdur.
|
1970 |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
V.L.Lenininanadan olmasının 100 illiyinin qeyd
edilməsi ilə əlaqədar “Şərəfli əməyə görə”
medalı ilə təltif edilmişdir
|
1970-1985
|
Bakı Dövlət Universitetinin tarix fakültəsi
yanında doktorluq müdafiəsi üzrə elmi
şurasının üzvü olmuşdur
|
1971 |
Ümumittifaq “Bilik”
Cəmiyyətinin
fəxri fərmanına layiq görülmüşdür
|
1972-ci ildən
bu günə kimi |
Azərbaycan SSR Ali və Orta İxtisas
Təhsili Nazirliyi (indiki Təhsil
Nazirliyi) Elmi-Metodik Şurasının
“Kitabxanaşünaslıq və biblioqrafiya”
bölməsinin sədridir
|
1973-1988 |
“Mədəni-maarif işi” jurnalı
redaksiya heyətinin üzvü olmuşdur. |
1974 |
“Azərbaycanda kitabxana
işinin tarixi (1933-1958)” adlı
kitabı çap olunmuşdur.
|
1974
|
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyi
Maarif, Ali Məktəb və Elmi İdarə
İşçiləri Həmkarlar İttifaqının
Respublika Komitəsi tərəfındən
“1973-cü il sosializm yarışının
qalibi nişanı” ilə
mükafatlandırılmışdır.
|
1975-1979
|
Bakı Dövlət Universiteti üzrə
nəzarət təşkilati-metodik
komissiyasının sədri olmuşdur
|
1975-ci ildən
bu günə kimi |
Azərbaycan Kitabsevərlər
Cəmiyyəti idarə heyətinin
üzvüdür.
|
1975
|
Tarix elmləri doktoru elmi
dərəcəsi almaq üçün
“Azərbaycanda kitabxana işinin
tarixi (1933-1958-ci illər)”
mövzusunda dissertasiya müdafiə
etmişdir.
|
1976 |
SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə “Böyük
Vətən müharibəsində
(1941-1945-ci illər) qələbənin
30 illiyi” yubiley medalı ilə
təltif edilmisdir
|
1977 |
SSRİ Ali və Orta İxtisas
Təhsili Nazirliyi və Maarif
İşçiləri Ali məktəb və elmi
müəssisələr üzrə Həmkarlar
İttifaqı Mərkəzi Komitəsi
tərəfindən” 1976-cı il sosializm
yarışının qalibi” nişanı ilə
təltif edilmişdir.
|
1977 |
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyi,
Maarif, Ali məktəb və Elmi İdarə
işçiləri Həmkarlar İttifaqının
Respublika Komitəsi tərəfındən
“1976-cı il sosializm yarışının
qalibi” nişanı ilə təltif
edilmişdir.
|
1978 |
ÜİLKGİ Mərkəzi Komitəsi
tərəfındən fəxri fərmanla təltif
edilmişdir.
|
1978 |
Ali Attestasiya Komissiyası
(AAK) tərəfındən
kitabxanaşünaslıq kafedrası üzrə
professor elmi adı təsdiq
edilmişdir.
|
1979 |
SSRİ Ali və Orta İxtisas Təhsili
Nazirliyi tərəfındən “İşdə əla
müvəffəqiyyətlərinə görə” döş
nişanına layiq görülmüşdür.
|
1979 |
SSRİ Kitabsevərlər
Cəmiyyətinin II qurultayının
nümayəndəsi olmuşdur.
|
1979-1981 |
Bakı Dövlət Universiteti Partiya
Komitəsinin ideoloji
işlər üzrə katib müavini
olmuşdur.
|
1979-1985 |
Bakı şəhəri Oktyabr (indiki
Yasamal) rayon üç çağırış
Xalq Deputatları Sovetinin
deputatı olmuşdur.
|
1980 |
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyinin
keçirdiyi Respublika
Müşavirəsinin iştirakçısı
olmuşdur.
|
1980
|
Lenin ordenli Ümumittifaq
“Bilik” Cəmiyyətinin
təşəkkürnaməsinə layiq
görülmüşdür. |
1980-1987 |
V.İ.Lenin adına Lenin ordenli
SSRİ Dövlət Kitabxanası
yanında kitabxanaşünaslıq,
biblioqrafıya və kitabşünaslıq
elmləri üzrə doktorluq müdafiəsi
ixtisaslaşdırılmış elmi
şurasının üzvü olmuşdur. |
1980-1987 |
SSRİ Ali və Orta İxtisas
Təhsili Nazirliyi ali təhsil
üzrə
tədris-metodik idarəsi yanında
“Kitabxanaşünaslıq və
biblioqrafıya təhsili üzrə”
elmi-metodik şurasının üzvü
olmuşdur.
|
1980-1994 |
Bakı Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsinin
dekanı olmuşdur. |
1981
|
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyinin
fəxri fərmanı ilə təltif
edilmişdir. |
Maarif, Ali Məktəb və Elmi
24 dekabr İdarə İşçiləri
Həmkarlar
İttifaqı Respublika
Komitəsinin fəxri fərmanı
ilə təltif edilmişdir.
|
1981 |
Azərbaycan SSR Mədəniyyət
Nazirliyi tərəfındən fəxri
fərmanla təltif edilmişdir
|
1982 |
Ümumittifaq Könüllü
Kitabsevərlər Cəmiyyətinin
fəxri fərmanı ilə təltif
edilmişdir.
|
1982-1987 |
Azərbaycan SSR kitabsevərlər
Cəmiyyətinin “Kitab” xalq
universitetinin rektoru
olmuşdur.
|
1984
|
SSRİ Mədəniyyət Nazirliyi və
Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqının
Rəyasət Heyəti tərəfındən
“N.K.Krupskaya” medalı ilə
təltif edilmişdir.
|
Azərbaycan SSR Təhsil
Nazirliyi və Maarif İşçiləri
Ali Məktəb və Elmi
Müəssisələr üzrə Həmkarlar
İttifaqı Mərkəzi Komitəsi
tərəfındən «1983-cü il
sosializm yarışının qalibi»
nişanı ilə təltif
edilmişdir. |
1985 |
SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə “Böyük
Vətən müharibəsində
(1941-1945-ci illər)
qələbənin 40 illiyi” yubiley
medalı ilə təltif
edilmişdir.
|
1987 |
Umumittifaq “Bilik”
Cəmiyyəti tərəfındən “Fəal
işinə görə” nişanı ilə
təltif edilmişdir.
|
1987 |
"Azərbaycanda kitabxanaçılıq
təhsilinin inkişafı" adlı
monoqrafiyası çap
olunmuşdur.
|
1989 |
SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə “Əmək
Veteranı” medalı ilə təltif
edilmişdir.
|
1991 |
Azərbaycan Respublikası Xalq
Təhsili Nazirliyinin fəxri
fərmanı ilə təltif
edilmişdir.
|
1992-1993 |
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununu
hazırlayan ekspert
komissiyasının üzvü
olmuşdur.
|
1995 |
Azərbaycan Respublikası
Prezidentinin 1995-ci il
tarixli fərmanı ilə
“1941-1945-ci
illər Böyük Vətən
müharibəsində qələbənin 50
illiyi” yubiley
medalı ilə təltif olunmuşdur
|
1995-ci ildən
bu günə kimi |
Bakı Dövlət Universiteti
Veteranlar Şurasının sədr
müavinidir. |
1998 |
Bakı Dövlət Universiteti
Nəşriyyat Şurasının sədri
təyin olunmuşdur
|
Səudiyyə Ərəbistanının
mart-aprel Məkkə şəhərində
Həcc
ziyarətində olmuşdur.
|
“Azərbaycanda ali
kitabxanaçılıq təhsili” adlı
monoqrafıyası çapdan
çıxmışdır.
|
“Kitabxana işi haqqında”
Azərbaycan Respublikası
Qanununun layihəsini
hazırlayan işçi qrupunun
sədri olmuşdur.
|
1999 |
Azərbaycan Respublikası
Müəllimlər Qurultayının
nümayəndəsi olmuşdur
|
Azərbaycan Kitabxanaçılar
Cəmiyyətinin prezidenti
seçilmişdir
|
Professor A.A.Xələfovun
rəhbərliyi ilə
kitabxanaçılıq fakültəsi
nəzdində “Kitabxana
proseslərinin
kompüterləşdirilməsi”
elmi-tədqiqat
laboratoriyası açılmışdır
|
|
İran İslam Respublikasında
Məşhəd ziyarətində olmuşdur.
|
|
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
kollegiyasının
qərarı ilə fəxri fərmana
layiq
görülmüşdür.
|
1999-cu ildən
bu günə kimi
|
Respublika Təhsil Şurasının
bu günə kimi
üzvüdür.
|
2000 |
Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə
“Şöhrət” ordeni ilə təltif
edilmişdir.
|
|
15 fevral tarixində
Birləşmiş Millətlər
Təşkilatı
yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının müxbir üzvü
seçilmişdir
|
|
1941-1945-cüllər Böyük Vətən müharibəsində
qələbənin 55 illiyi şərəfınə
“1941-1945-ci illər
müharibəsi veteranı” nişanı
ilə təltif edilmişdir.
|
2001
|
Birləşmiş Millətlər
Təşkilatı
yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının həqiqi
üzvü (akademiki)
seçilmişdir. |
Kərbəla ziyarətində olmuşdur
|
Birləşmiş Millətlər
Təşkilatı
yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının və Rusiya
Yazıçılar İttifaqının
"Xeyriyyəçilik və
maarifçilik" medalı ilə
təltif edilmişdir.
|
Azərbaycanda ilk dəfə
olaraq
“Kitabxanaşünaslığa
giriş” adlı dərsliyi
çapdan çıxmışdır.
|
Azərbaycan
Respublikasının “Əməkdar
elm xadimi” fəxri adına
layiq görülmüşdür. |
2002 |
İsgəndəriyyə
kitabxanasının
təntənəli açılış
mərasimində iştirak
etmişdir.
|
|
Azərbaycanlı alim
ABİ-nin
mükafatına layiq
görülmüşdür
|
“Kitabxanaşünaslığa
giriş” dərsliyinə görə
“Təhsil” cəmiyyətinin
təsis etdiyi “Təhsil
sahələri üzrə
nailiyyətlərə görə”
mükafatına layiq
görülmüşdür.
|
|
2003 |
Ümummilli liderimizin 80
illik yubileyinə həsr
olunmuş “Heydər Əliyev:
Biblioqrafik məlumat
kitabı” Azərbaycan, rus,
ingilis dillərində çap
olunmuşdur.
|
“Kitabxanaşünaslığa
giriş”
dərsliyinin 3-cü hissəsi
çapdan çıxmışdır.
|
|
Professor A.Xələfovun
rəhbərliyi ilə İslamova
Ş.İ. “Azərbaycan
Respublikası Elmlər
Akademiyası kitabxana
şəbəkəsinin təşəkkülü və
inkişafı (1923-1990-cı
illər)” tarix elmləri
namizədi alimlik
dərəcəsi almaq üçün
dissertasiya müdafiə
etmişdir.
|
|
Amerika Bioqrafıya
İnstitutunun son 10 il
ərzində hər il həsr
etdiyi “Xüsusi fərqlənən
liderliyin beynəlxalq
göstəricisi” adlı
biblioqrafık
soraq-məlumat kitabının
2003-cü il üçün çıxmış
XI buraxılışına
professor A.Xələfovun da
adı daxil edilmişdir.
|
|
2004 |
“Azərbaycanda kitabxana
işinin tarixi” adlı
dərsliyin birinci
hissəsi nəşr olunmuşdur
|
Amerikada "İlin
Adamı-2004" seçilmişdir
|
2005 |
Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Bakı
Dövlət Universiteti
tərəfindən professor
Xələfov Abuzər Alı oğlu
2004-2005-ci tədris
ilinin nəticələrinə görə
Bakı Dövlət Universiteti
üzrə “İlin
müəllimi” fəxri adı ilə
təltif edilmişdir
|
2006
|
“Heydər Əliyev və
Azərbaycanda kitabxana
işi” adlı kitabı çap
olunmuşdur.
|
M.F.Axundov adına Milli
Kitabxanada “Heydər
Əliyev və Azərbaycanda
kitabxana işi” kitabının
təqdimat mərasimi
keçirilmişdir
|
Elm və təhsil
sahəsindəki əvəzsiz
xidmətlərinə görə
Heydər Əliyev
Fondunun təsis etdiyi
“Mədəniyyətin dostları”
təqaüdünə layiq
görülmüşdür;
|
Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin əmri ilə
A.Xələfov “Qabaqcıl
təhsil işçisi” döş
nişanı ilə təltif
edilmişdir;
|
Azərbaycan
Respublikasının
Mədəniyyət və Turizm
Nazirliyi, M.F.Axundov
adına Milli Kitabxanada
75 illik yubileyinə
həsr olunmuş tədbir
keçirilmişdir. “Abuzər
Xələfov: Biblioqrafik
məlumat kitabı”nın
təqdimatı və “Abuzər
Xələfov
|
75” adlı kitab
sərgisinin açılışı
olmuşdur. Təntənəli
yubiley mərasimi
Azərbaycan Dövlət Mahnı
Teatrında başa çatmışdır.
|
2007
|
“Azərbaycanda kitabxana
işinin tarixi”
dərsliyinin ikinci
hissəsi çapdan
çıxmışdır.
|
2009
|
Azərbaycan
KİVİHİ qərarı ilə
"Qızıl qələm"
diplomuna layiq
görülmüşdür; |
|
"İlin nüfuzlu ziyalısı"
Fəxri diplomuna layiq
görülmüşdür. |
2010
|
Amerika Bioqrafiya
İnstitutu tərəfindən
“İlin adamı” elan
edilmiş və “Qızıl
medal”la
mükafatlandırılmışdır; |
“Azərbaycanda kitabxana
işinin tarixi”
dərsliyinin III hissəsi
çapdan çıxmışdır; |
Təsisçisi və baş
redaktoru olduğu
“Kitabxanaşünaslıq
və informasiya” adlı
elmi-nəzəri və praktiki
jurnal nəşr olunmuşdur.
|
2011 |
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
(21.04.2011, əmr № 623),
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyi (29.04.2011, əmr №
211) və Bakı Dövlət
Universitetinin rektorluğu
(18.05.2011, əmr № R-41)
ayrı-ayrılıqda professor
A.A.Xələfovun 80 illik
yubileyinin qeyd olunması
haqqında
əmr vermişdir. Həmin əmrlərdə geniş tədbirlər planı öz əksini
tapmışdır; |
AMEA Mərkəzi Elmi
Kitabxanasında
“Kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və
kitabşünaslıq üzrə elmi
tədqiqat işlərinin
ümumrespublika
müsabiqəsi”nin yekunları ilə
bağlı keçirilən tədbirdə,
kitabxanaşünaslıq üzrə ən
yaxşı elmi-tədqiqat işinə
görə diplomla təltif
olunmuşdur;
|
“Kitabxana və cəmiyyət”
kitabı çapdan çıxmışdır; |
“Məqalələr toplusu
(1990-2011-ci illər)” kitabı
çap olunmuşdur. |
2012 |
Gənclərin hərbi
vətənpərvərlik tərbiyəsində
və rayonun ictimai həyatında
fəal iştirakına görə
Azərbaycan Respublikası
Müharibə, Əmək, Silahlı
Qüvvələr və Hüquq mühafizə
orqanları veteranları
şurasının Yasamal rayon
təşkilatı tərəfindən
fəxri fərmanla təltif
edilmişdir. |
2013 |
“M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası
– 90 il elm və mədəniyyətin
xidmətində” adlı kitabı çap
olunmuşdur; |
Azərbaycanda elmin və
təhsilin inkişafındakı
xidmətlərinə görə və anadan
olmasının 82-ci ildönümü
münasibətilə “Aşıq Şəmşir”
Mədəniyyət ocağı İctimai
Birliyi tərəfindən
“Diplom”la təltif
edilmişdir. |
Anadan
olmasının 82 illik yubileyi
münasibətilə, BDU HİK
tərəfindən fəxri fərmanla
təltif edilmişdir. |
2014 |
“Söz, kitab, mütaliə,
kitabxana və kitabxanaçı
haqqında müdrik fikirlər”
adlı kitabı “Mütərcim”
nəşriyyatında çapdan
çıxmışdır; |
“Kitabxanaşünaslığın tarixi
və metodologiyası” dərsliyi
çap olunmuşdur. |
2016 |
Bakı Dövlət Universiteti
Elmi Şurasının 9 mart
2016-cı il tarixli iclasının
qərarı ilə “Bakı Dövlət
Universitetinin fəxri
professoru” adına layiq
görülmüşdür. |
2019 |
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley
medalı ilə təltif olunmuşdur. |
2019 |
Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir. |
2020 |
Aprel ayının 27-də vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir. |