2016-cı ilin
iyul ayında
Azərbaycan
Respublikası
Mədəniyyət
və Turizm
Nazirliyinin
və
Azərbaycan
Milli
Kitabxanasının
birgə
layihəsi
əsasında
paytaxt
sakinləri və
şəhərimizin
qonaqları
üçün
fasiləsiz və
sərbəst
mütaliə
imkanlarının
yaradılması
məqsədilə,
Milli
Kitabxananın
nəzdində
həftənin
bütün
günləri, 24
saat
ərzində
xidmət
göstərən “Açıq
Kitabxana”
yaradılmışdır.
Mütaliə
bütün
insanların,
o cümlədən
gənc nəslin
tərbiyəsində
mühüm
əhəmiyyət
kəsb edir.
Mütaliə
edilən hər
bir kitab
oxucunun
təfəkkürünü
inkişaf
etdirir,
yeni bilik
qazandırır,
marağını,
mənəvi
təlabatını
ödəyir,
insanın
şəxsiyyət
kimi
formalaşmasına
kömək edir.
Kiçik
yaşlarından
kitaba olan
maraq
gəncləri
həyat
həqiqətlərini
dərk etməyə
sövq edir,
onlarda
mütaliə
mədəniyyətini
inkişaf
etdirir.
Xalqımızın
yaratdığı
qiymətli
tarixi-mədəni,
ədəbi-bədii
və
elmi-fəlsəfi
irsin
toplanıb
saxlanmasında,
bəşər
mədəniyyətinin
qazandığı
nailiyyətlərin
nəsildən-nəslə
çatdırılmasında
və
cəmiyyətimizin
intellektual-mənəvi
potensialının
artırılmasında
kitabxanalarımız
əvəzsiz rol
oynayır.
Mütaliəyə
marağın
artması,
kitabxana-oxucu
əlaqələrinin
genişlənməsi,
kitab
müzakirələrinin
keçirilməsi,
mütaliənin
sevdirilməsi
və
oxucularda
mütaliə
mədəniyyətinin
formalaşdırılması
Milli
Kitabxananın
da
qarşısında
duran əsas
vəzifələrdən
biridir.
Gənclərin
fəal
mütaliəyə
cəlb
olunması,
mütaliə
mədəniyyətinin
formalaşdırılması
məqsədilə
Azərbaycan
Respublikasının
Mədəniyyət
və Turizm
Nazirliyinin
və Milli
Kitabxananın
birgə
layihəsi
əsasında
2016-cı ilin
iyul ayında
Milli
Kitabxananın
nəzdində
həftənin
bütün
günləri
fasiləsiz 24
saat ərzində
gənclərin və
bütün
vətəndaşların
sərbəst
şəkildə
kitab
mütaliə
etməsinə
şərait
yaradan “Açıq
Kitabxana –
sərbəst
mütaliə
məkanı”
yaradılmışdır.
Burada
ayrı-ayrı
oxucular,
yazıçılar,
şairlər,
görkəmli elm
və
mədəniyyət
xadiməri
tərəfindən
kitabxanaya
hədiyyə
edilən
kitablar
nümayiş
olunur və
onların
mütaliəsinə
şərait
yaradılır.
Yeni
kitabxanada
həmçinin,
açıq səma
altında
poeziya
gecələri,
mütaliə
axşamları,
ayrı-ayrı
yazıçı və
şairlərlə
görüşlər
keçirilir,
yazıçı və
şairlərin
yeni
kitablarının
təqdimat
mərasimləri,
imzalı
görüşlər
təşkil
olunur.
Belə
görüşlərdən
biri
yazıçı-publisist,
filologiya
üzrə fəlsəfə
doktoru Sona
Vəliyevanın
Azərbaycan
milli
mətbuatının
banisi,
“Əkinçi”
qəzetinin
baş
redaktoru
Həsən bəy
Zərdabinin
həyat
yolundan
bəhs edən
“İşığa gedən
yol”
romanının
Açıq
Kitabxanada
imza
mərasimidir.
Məlumdur ki,
bu gün
Bakıda və
respublikamızın
digər şəhər
və rayon
mərkəzlərində
kitab
mağazaları
çox azdır.
Buna görə də
Mədəniyyət
və Turizm
Nazirliyinin
göstərişi
ilə
kitabxanalarda
kitab
satışının
təşkilinə
icazə
verilmiş və
Milli
Kitabxananın
nəzdində
yaradılan
Açıq
Kitabxanada
da vergi
qanunvericiliyinə
əməl
edilməklə
kitab satışı
və kitab
sifarişi
mərkəzinin
yaradılması
nəzərdə
tutulmuşdur.
Burada
istənilən
müəllifə
özünün yeni
çap olunan
kitabını
satış üçün
Açıq
Kitabxanaya
təqdim
edərək
müəyyən
müddətdən
sonra
satılan
kitablarının
dəyərini
geri ala
bilmək
imkanı
yaradılacaqdır.
Açıq
Kitabxanada
Azərbaycanla
yanaşı
Rusiyada,
Türkiyədə və
digər
ölkələrdə
çap olunan
kitabları
onlayn
sifariş
etmək mümkün
olacaqdır.
Bir sözlə,
yeni layihə
oxucularla
müəlliflərin
görüş yerinə
çevrilərək,
kitabla
oxucular
arasında
fəal
əlaqələndirmə
funksiyasını
yerinə
yetirir.
Yeni
yaradılmış
Açıq
Kitabxananın
əsas
üstünlüklərindən
biri də odur
ki,
müəlliflər
tərəfindən
təqdim
edilən
kitablar
Milli
Kitabxananın
fondu ilə
yoxlanılır
və fondda
olmayan
kitabların
bir nüsxəsi
dərhal kitab
fonduna
daxil edilir
və elektron
kataloqda
qeyd edilir.
Bu üsulla 3
ay
müddətində
fonda 800
addan çox
yeni kitab
daxil
edilmişdir.
Yeni tipli
Açıq
Kitabxanada
Azərbaycan
Milli
Kitabxanasının
Elektron
kataloqundan,
Elektron
kitabxanasından,
“Azərbaycan
ədəbiyyatının
virtual
kitabxanası”ndan
və digər
elektron
kitabxanalardan
oxucuların
istifadəsi
üçün
kompüter
avadanlıqlarının
quraşdırılması,
internet
şəbəkəsi ilə
təminatı da
planlaşdırılır.
Açıq
Kitabxananın
fəaliyyət
göstərdiyi
qısa müddət
ərzində bu
sərbəst
mütaliə
mərkəzi
çoxlu sayda
insanların
asudə
vaxtlarını
səmərəli
keçirdikləri
bir məkana
çevrilmişdir.
Heç təsadüfi
deyildir ki,
bir sıra
kütləvi
informasiya
vasitələri –
televiziyalar,
o cümlədən
internet
televiziyalar,
qəzetlər,
saytlar
artıq bu
məkan
haqqında
çoxsaylı
reportajlar
hazırlamış
və insanlar
bu təcrübəni
çox yüksək
qiymətləndirərək
respublikanın
və
paytaxtımızın
digər
yerlərində
də təşkilini
arzu
etdiklərini
söyləmişlər.
Qısa müddət
ərzində Açıq
Kitabxanaya
gələn
oxucuların
sayı artıq
10 min
nəfəri
keçmişdir.
Rəy və
təkliflər
kitabında
təkcə
şəhərimizin
sakinlərinin
deyil,
Bakıya gələn
çoxlu sayda
xarici
qonaqların
və
turistlərin
də müsbət
rəyləri öz
əksini
tapmışdır.
Qısa müddət
ərzində
layihənin
bir çox
insanları
özünə cəlb
etməsini,
passiv
oxucularda
belə mütaliə
həvəsinin
artmasına
səbəb
olmasını
nəzərə
alaraq, onun
daha da
təkmilləşdirilməsi
və Milli
Kitabxananın
bu layihə
üzrə əldə
etdiyi
təcrübənin
digər
kitabxanalarda
tətbiq
edilməsi
məqsədilə
Azərbaycan
Respublikasının
Mədəniyyət
və Turizm
Nazirliyinin
Kollegiyası
14 oktyabr
2016-cı il
tarixli 7/1
nömrəli
qərar qəbul
etmişdir. Bu
qərara
müvafiq
olaraq və
ondan irəli
gələn
vəzifələrin
icrası
məqsədilə "Açıq
Kitabxananın
fəaliyyətinin
əsas
istiqamətləri:
metodik
tövsiyələr"
metodik
vəsaiti
hazırlanaraq
kitabxanaçılara
təqdim
olunmuşdur. |