"Açıq
Kitabxana"da “Uşaq guşəsi”, “Mən
oxudum, sən də oxu”, “Dövri mətbuat”
və “Milli musiqi” guşələri yaradılıb
oxucuların istifadəsinə verilmişdir.
“Açıq
kitabxana”da təşkil olunmuş “Uşaq
guşəsi”ndə azyaşlı və
məktəbyaşlı uşaqlar üçün kitablar və
jurnallar milli nəşriyyatlar
tərəfindən çap olunan, oxucular və
müəlliflər tərəfindən Milli
Kitabxanaya hədiyyə olunan kitablar
nümayiş olunur. Bu isə “Açıq
kitabxana”nı ailəvi mütaliə
mərkəzinə çevirır.
Uşaqlar üçün maraqlı olan yerli və
xarici sehrli nağıllar, məişət
nağılları, müxtəlif hekayələr,
“Hökmdarlar və sərkərdələr”,
“Prezidentlər və dövlət xadimləri”,
“Tarixi şəxsiyyətlər” və s.
seriyalarla çap olunmuş silsilə uşaq
kitabları kiçikyaşlı oxucularımızın
xüsusi marağına səbəb olmuşdur.
Açıq
kitabxanada ayrı-ayrı oxucular,
yazıçılar, şairlər, görkəmli elm və
mədəniyyət xadiməri tərəfindən
kitabxanaya hədiyyə edilən kitablar
nümayiş olunur və onların
mütaliəsinə şərait yaradılır. Eyni
zamanda bu kitabxanada oxucular
tərəfındən ən çox bəyənilən və
müraciət olunan “Mən oxudum, sən
də oxu” devizi altında “Kitabı
kitaba dəyişmə” guşəsi də
fəaliyyət göstərir. Burada həm
ictimai-siyasi məzmunlu ədəbiyyat,
həm milli ədəbi nümunələr, həm də
dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri
toplanmışdır.
“Kitabı kitaba dəyişmə” guşəsi
vasitəsilə hər bir vətəndaş mütaliə
etdiyi öz kitabını guşəyə təhvil
verməklə oxumadığı yeni bir kitab
əldə edə bilir. Belə ki, vətəndaşa
artıq özünün mütaliə etdiyi kitabı
gətirərək həmin guşəyə təhvil verib
və əvəzində mütaliə etmədiyi kitabı
apararaq özünün iş və yaşayış
yerində mütaliə etmək imkanı
yaradılmışdır. Beləliklə guşəyə
müraciət edən hər bir kəs mütaliə
etdiyi və artıq ona lazım olmayan
kitabların digər şəxslər tərəfindən
də mütaliə olunmasına şərait
yaradır. Nəticədə insanlar həm
təmənnasız olaraq yeni kitablar
götürüb oxumaq və sonra gətirib
yenisi ilə dəyişmək imkanı
qazanırlar, həm də daha çox oxunan
kitabları müəyyən edə bilirlər.
Məlumdur ki, bu gün oxucuların
əksəriyyəti gənc nəslin
nümayəndələridir. Buna görə də, Açıq
Kitabxanaya təqdim edilən kitablar
latın qrafikalı nəşrlər olsa, daha
məqsədəuyğun olar.
“Dövri
mətbuat guşə”sində oxucular üçün
maraqlı jurnallar və qəzetlər
toplanmışdır. Burada “Azərbaycan”,
“Azərbaycan xalçası”, “Yada düşdü”,
“İrs”, “Yazı” ədəbiyyat dərgisi,
“Ulduz”, “Mədəniyyət.az”, “Baku”,
“Port Baku”, “Forbes.Life”
jurnallarının və bir sıra qəzetlərin
yeni nömrələri müntəzəm olaraq
oxucuların istifadəsinə təqdim
edilir.
“Milli musiqi guşəsi”ndə
Azərbaycan bəstəkarlarının əsərləri,
musiqi ədəbiyyatı və jurnallar
toplanmışdır.
|