close
AÇIQ KİTABXANANIN FONDU | MƏN OXUDUM, SƏN DƏ OXU | Bədii ədəbiyyat

 
Sərlövhə Pedro Paramo
Müəllif Xuan Rulfo
Nəşriyyat Qanun
Nəşr yeri Bakı
Nəşr ili 2014
Səhifə 192 s.
Annotasiya

 

“Pedro Paramo” Latın Amerikasında magik realizm janrında yazılmış ilkin romanlardandı. Rulfonun bu romanı ispandilli ədəbiyyatın zirvələrindən hesab olunur. Bu əsər Karlos Fuentes, Qarsia Markes, Luis Borxes kimi yazıçılara böyük təsir göstərib.
«Pedro Paramo»nu yazsaydım, mən də yazıçılığın daşını atardım». Meksika yazıçısı Xuan Rulfonun uzun illər susmağının səbəbini Latın Amerikası ədəbiyyatının digər nəhəngi, kolumbiyalı Qabriel Qarsia Markes belə izah etmişdi. Markes həm də yazıçının bu susqunluğundan şübhəliydi, Rulfonu Latın Amerikası nəsrinin korifeyləri arasında özünün ən əsas rəqibi sayırdı. «Çünki indi nə yazdığını bir özü bilir». Amma 1986-cı ildə, 68 yaşında vəfat edəndə məlum oldu ki, 1953-cü ildə dərc etdirdiyi hekayələr toplusunun ardınca 1955-ci ildə yazdığı «Pedro Paramo» adlı bu ilk romanı Rulfonun həm də son romanıymış. Beləcə, həcmcə yığcam bu iki kitabıyla və 31 illik sükutuyla az yazmağın dahisi ədəbiyyatda kəmiyyət anlayışını alt-üst etdi.