close
AÇIQ KİTABXANANIN FONDU | MƏN OXUDUM, SƏN DƏ OXU | Bədii ədəbiyyat

 
Sərlövhə Qiyamçı
Müəllif Əlabbas
Nəşriyyat Əli və Nino
Nəşr yeri Bakı
Nəşr ili 2010
Səhifə 528 s.
Seriya Milli Kitab Mükafatı Onluğu
Annotasiya «Qiyamçı» romanının qəhrəmanı Bəbirdir. Bu obrazda vaxtilə Azərbaycan nəsrində yaradılmış bir sıra obrazların (Qədir, Laçın və s.) müəyyən ədəbi təsiri olmamış deyil. Ancaq bu, ədəbi təsirdən daha çox, eyni tipli, eyni xarakterli insanların müxtəlif zamanlarda mövcud olmalarıyla bağlıdır. Bu üsyankar insanlar öz mənəvi enerjilərini sərf etməyə vaxt və məqam gözləyirlər, həmin vaxt və məqam gələndə isə doğrudan da, onları tanımaq olmur.
Bəbirin yaşadığı kəndin adı Əyriqardır. Çox gözəl və mənzərəsi ürəkaçan bir kənd… amma sərhədə yaxın və ucqar olduğu üçün kənd əhalisini buradan köçürməyi qərara alırlar. Buna kəndin özündə etiraz edənlər çoxdur, başda Qəyyum müəllim olmaqla Bəbir kimi dəli-dolu cavanlar şikayət və etirazlarını bildirirlər. Ancaq bütün bunların heç bir faydası olmur, yuxarıdan gələn göstərişlə tezliklə məscidi sökürlər, əhali başa düşür ki, burada qalmağın heç bir mənası yoxdur. Kəndin işığını da söndürəndən sonra köçənlərin sayı artır, cəmi dörd ailə qalır ki, onların da sayı bir-bir azalır, ən axıra Bəbir qalır.