|
Sərlövhə |
Məntiq qaydaları |
Müəllif |
Çingiz
Abdullayev |
Nəşriyyat |
Qanun, Əli və
Nino |
Nəşr yeri |
Bakı |
Nəşr ili |
2012 |
Səhifə |
176 s. |
Seriya |
Çingiz
Abdullayevin
bütün əsərləri |
Annotasiya |
Üç epizoddan
ibarət romanın
birinci
epizodunda
dincəlmək üçün
Marselə getmiş
Dronqoya dostu
və həmkarı –
professor Stiven
Rossdan qəfil
telefon zəngi
gəlir; o,
Avropanın «şərab
kralı» kimi
tanınan məşhur
milyonçu Edvard
Harrisonun
onunla təcili
görüşmək
istədiyini
Dronqoya
çatdırır.
Dostunun
xahişindən keçə
bilməyən Dronqo
istirahətini
yarımçıq qoymalı
olur və Rossla
birgə
milyonçunun
Monpelyedəki
qəsrinə
yollanır. Mister
Harrison
Dronqoya
Londondakı
seyfindən
müəmmalı şəkildə
oğurlanmış çox
qiymətli
sənədlərin
axtarışıyla
məşğul olmağı və
bunun
müqabilində ona
bir milyon funt
qonorar təklif
edir. Dronqo
təklifdən imtina
edir, lakin geri
qayıtmağa
hazırlaşarkən
milyonçunun
evində son
dərəcə
gözlənilməz
hadisələr baş
verir – cəmisi
bir neçə saatdan
sonra öz
villasında,
qapısı içəri
tərəfdən bağlı
otaqda mister
Harrisonun
meyiti aşkar
olunur; ertəsi
gün isə təxminən
eyni vəziyyətdə
onun otuz yaşlı
gözəl xanımı
Anna Harrison
qətlə yetirilir.
Cinayət
işlərinin
təhqiqatıyla
məşğul olan
polis komissarı
Dyubuanın
səyləri heç bir
nəticə vermir,
lakin Dronqo
polis
komissarının
bacarmadığı
çətin işə
girişib, çox
qısa bir
müddətdə bu
müəmmalı
qətllərin
sirrini açmağa
və qatili
tapmağa müvəffəq
olur.
İkinci və üçüncü
epizodlarda
Dronqo daha
çətin, daha
mürəkkəb
situasiyalara
düşür və daha
müəmmalı
cinayətlərin
təhqiqatına cəlb
olunur.
Bir-birindən
fərqli şəkildə
törədilmiş
amansız
qətllərin üstünü
açmaq, qatili
ifşa etmək ilk
baxışda
mümkünsüz
görünsə də,
Dronqo öz çevik
ağlının və ona
heç vaxt
etibarsız
çıxmayan dəmir
məntiqinin
sayəsində bu
işlərin
öhdəsindən
məharətlə gəlir. |
|
|
|