close
AÇIQ KİTABXANANIN FONDU | MƏN OXUDUM, SƏN DƏ OXU | Bədii ədəbiyyat

 
Sərlövhə Ünvansız sevgi
Müəllif Müşfiq Xan
Nəşriyyat Hədəf Nəşrləri
Nəşr yeri Bakı
Nəşr ili 2013
Səhifə 123, [5] s.
Seriya Xan Bədii Ədəbiyyat Silsiləsi
Annotasiya

 

Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetririlir. Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur. İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi – rayon polis bölməsi təhqiqatı düzgün araşdırmamışdı.