close
AÇIQ KİTABXANANIN FONDU | MƏN OXUDUM, SƏN DƏ OXU | Bədii ədəbiyyat

 
Sərlövhə Evdə yoxam
Müəllif İntiqam Yaşar
Nəşriyyat Elm və Təhsil
Nəşr yerii Bakı
Nəşr ili 2018
Səhifə 82 s.
Annotasiya Sən, ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin – bundan kimə nə?
Bəlkə bir istəyin, bəlkə arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə o qadın da köçüb dünyadan,
Köçübsə görəsən hardan boylanır?
Yəqin başqa yerdə dəfn eləyiblər,
Yəqin bir şəkil də ordan boylanır...