|
Sərlövhə |
Nyu York
trilogiyası |
Müəllif |
Paul Auster |
Nəşriyyat |
Qanun |
Nəşr yerii |
Bakı |
Nəşr ili |
2014 |
Səhifə |
416 s. |
Annotasiya |
Çağdaş Amerika
ədəbiyyatının ən
nəzərə çarpan
yazıçılarından
biri olan Paul
Austerin “Nyu
York
Trilogiyası”
“Ölümdən əvvəl
oxunmalı 1001
əsər”
siyahısındakı
əsərlərdəndir.
Bu kitab – “Şüşə
Şəhər”,
“Qarabasmalar”
və “Qıfıllı
Otaq”
romanlarından
ibarətdir.
Dedektiv romanla
postmodern
strukturun
sintezindən
ibarət olan və
Kafka
yaradıcılığına
uyğun bir
üslubla yazılmış
üç romanda
yazıçı öz
oxucusunu
qıfıllı
otaqlarda,
keçmişdə və
gələcəkdə,
təhlükəli
küçələrdə,
xaotik və
qarışıq
xarakterə
bürüdüyü
qəhrəmanının
arxasınca
gəzdirdiyi
ərəfədə, romanın
hər səhifəsinə
səpələdiyi kiçik
işarələrə məna
verməyi oxucunun
öhdəsinə
buraxır. O,
qəhrəmanlarını
həqiqi və ya
xəyali
qıfıllanmış
otaqlara salır,
azadlığı ancaq
oradan qaçıb
xilas olaraq
əldə edə
biləcəkləri bir
dünya qurur,
xilas üçün
açarlar da
verir. “Nyu York
Trilogiyası” adi
oxucu üçün
sadəcə qıfıllı
bir otaq və ya
güzgülərlə
doldurulmuş
dəhlizdir,
peşəkar oxucu
üçün isə bu
trilogiya,
dünyanı tamamilə
başqa prizmadan
gözlərimizin
qabağında
nümayiş
etdirərək
ruhumuzdakı
yaraları
göstərən bir
ümmandır. |
|
|
|