close
AÇIQ KİTABXANANIN FONDU | "MƏN OXUDUM, SƏN DƏ OXU" guşəsi | İctimai siyasi ədəbiyyat

Onlayn oxu:

Sərlövhə Soykökümüz, Milli-mənəvi mədəniyyətimiz, tariximiz...
Müəllif Salatın Əhmədli
Nəşriyyat UniPrint
Nəşr yeri Bakı
Nəşr ili 2015
Səhifə 511, [1] s.
Annotasiya Müəllifin "Soykökümüzə, dilimizə, tariximizə tədqiqatçı baxışları" adlı monoqrafiyasında görkəmli Azərbaycan alimi, tədqiqatçısı E. Əlibəyzadənin elmi-nəzəri fəaliyyətindən bəhs edilir. Monoqrafiyada E. Əlibəyzadənin şumer mədəniyyəti, "Avesta", Nizami irsi ilə bağlı apardığı tədqiqatlar, dünya elminə verilən dəyərli töhfələr, bəşər mədəniyyətinin inkişafında böyük rolu olan türk xalqlarının şərəfli tarixi, "Avesta" kimi böyük mədəni abidəmizin digər xalqlara aid edilməsinin "xəyanət" olduğunu sübut edən dəlillər ortaya çıxarılır. E. Əlibəyzadənin milli-mənəvi abidələrimizin türk-Azərbaycan pasportunu əldə etmək üçün fədakarlıqları, böyük, gərgin elmi əməyi, onun tədqiqatlarındakı vətəndaş, milli təəssübkeşlik hissi monoqrafiyada geniş şəkildə işıqlandırılır.