Nizami Kino Mərkəzi və “Ədibin Evi”
Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti
ilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə
gətirdiyi “Bir Ailə” bədii filmi
Film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal
edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu
və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Filmin ssenari
müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl
Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.
Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov
Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film
bəstəkar Qara Qarayevin kinoda ilk işidir.
Film haqqında:
"Bir ailə"
Addım Gənclər Təşkilatının sifarişi ilə Caspian Media
Group tərəfindən görkəmli yazıçı Mir Cəlal Paşayevin "Kəmtərovlar
ailəsi" hekayəsinin motivləri əsasında " İki Yad Adam" filmi
1930-cu illərdə qələmə alınan əsər, gənc Azərbaycan ailəsinin
həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş
saatlarında çalışan və aylarla görüşə bilməyən ər arvadın maraqlı
ünsiyyətindən bəhs olunur.
Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və
əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər.
Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva,
Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları iştirak edib. Filmin
ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı
Murad Muradlı, səs rejissoru Ədalət Xəlilov, musiqi tərtibatçısı Elvin
Musayev, prodüseri Azər Həsənovdur. Layihənin rəhbəri Hüseyn
Cavadzadədir. Film Caspian Media Group şirkətində istehsal olunub.
"İki Yad Adam" film Çin Xalq Respublikasının paytaxtı
Pekin şəhərində keçirilən World Cultural Open Organizationun dəstəyi ilə
keçirilən Grand Asian Film Festivalında filmə "Ən Yaxşı Sosial mövzuda
film" və "ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim
olunub.
Film haqqında: İki yad adam