E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Çörək elə şeydir, tülkünü aslan edir, aslanı tülkü.


Kölgədə bitən ağacın kölgəsi olmaz.


Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər.


Heyhat! Qoca dünya bəzən öz gərdişini sərt bir sükut, daş bir ürək, kor bir məntiq, daimi bir amansızlıqla keçirən qoca dünya kimsə ilə hesablaşmır.


Bizim zəmanədə insan insanın cəlladıdır. Kimin ki, əlində ixtiyar var, nə desə doğrudur. Kim ki, məzlumdur, nə desə yalandır.


Həyat belədir! Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur, enmək isə ani və qüssəli olur.


Azadlıq verilməz, alınar.


Azadlığı qorumaq – onu fəth etmək qədər müqəddəsidir.


Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır.


Yaxşı analıq çətin, lakin çox şərəfli, çox müqəddəs işdir. Ana qəlbi insanın ilk məktəbidir. Məhəbbətin, səmimiyyətin, sədaqətin pozulmaz kitabıdır.


Ən müdhiş fəlakətə düşəndə də ana qəlbi böyükdür!


Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı.


Gözəlliyi yalnız görkəmdə, donda, zahirdə axtarmaq olmaz. Zahir insanı aldada bilər. Çox təmtəraqlı libas altında çirkinliklər gizlənir. Çirkin görünən don, görkəmsiz zahir dalında da bəzən gözəl məna, ali fikirlər olur.


Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi üçün, həqiqət, ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir.


Qoca üçün də, cavan üçün də el qabağında dayanıb cavab verməkədn çətin bir iş olmasın gərək.


Həmişə, hər yerdə, hər kəsə ürəyindəkini deyə bilsən! Bax, bundan böyük xoşbəxtlik yoxdur.


İtən hörməti qapı-qapı gəzib dilənmək olmaz!


Subaylıq – sonsuzluqdur.


Həqiqi sənət xalqdan doğar, xalqa xidmət edər.


Yazı ürəkdən gələn bir səsdir. Ürək isə müqəddəs hisslərin beşiyidir.


Qarıncadan yazanda da sənətkar olmaq hünərdir. Gül, bülbül onsuz da gözəldir. Əsl sənət qarıncanın gözəlliyini kəşf etməlidir.


Ədəbiyyatşünaslıq fikir söyləməkdir.


Gənclik həyat, yenilik, sağlam enerji deməkdir. Bu aləmdən kənarda qalmaq mənən ölmək deməkdir.


Sevgi - insan təbiətinin ən zəruri, ən gözəl və müqəddəs keyfiyyətlərindən olan sevgi hər zaman, hər yerdə sənətin xüsusən şeirin mərkəzi mövzularından olmuşdur. Bu qanuni və təbiidir. Normal insanın qəlbi sevgidən xalis ola bilməz.


Qəlb - bütün böyük, ülvi hisslərin yatağı olan təmiz qəlb məhəbbətin də beşiyidir. Elə bir böyük və ya kiçik ədəbiyyat olmamışdır ki, orda qəlbin həyatı bu və ya başqa dərəcədə əks edilməsin.


Gövhəri qumdan ayırmağı bacarmaq lazımdır, arxivlərin əsiri olmaq yaramaz.


Vallah, bu vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam.


Diriykən ölmək kimə lazımdır, qardaş, bir dəfə öləcəyik də, ta sızıldamaq nə üçündür?