Füzuli yalnız Azərbaycan
xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, renesans dövrünün,
böyük sənətin böyük oğludur. Əsrlərdir ki, mədəniyyət dünyasında şeir,
sənət anlaşılan, sevilən hər bir ölkədə və cəmiyyətdə bu böyük dahinin
adı iftixarla yad edilir və əbədi olaraq yad ediləcəkdir.
Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin
etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi
deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət, dil, fəlsəfə
elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir.
Azərbaycanı şeirə Səməd Vurğun gətirdi. Səməd əlli yaşında dünyada
tanınan şair oldu, bir zaman onu bəyənməyən, şeirlərinə dodaq büzüb, eh,
nədir ki, mən ondan yaxşısını yazacağam, deyən lovğalar elə yerində
saya-saya qaldılar.
***
Səməd Vurğun sağlığında Azərbaycan şeirini bütün dünyada yayan canlı
tribuna olmuşdur. O, sözün əsl mənasında vətəninin, elinin, üstündə
boya-başa çatdığı torpağın vurğunu idi. İndiyədək ədəbiyyatımız
tarixində onun böyük ustalıqla vətənimizin poetik xəritəsini çəkən,
canlı, əlvan, rəngarəng boyalarla bəzədilmiş ölməz sənət tablosunu
xatırladan “Azərbaycan” şeiri səviyyəsində ikinci bir şeir yazılmayıb və
bəlkə gələcəkdə də yazılmayacaq. Adamların Azərbaycan vətənimdir
sözlərini deməkdən çəkindiyi bir vaxtda “El bilir ki, sən mənimsən,
yurdum, yuvam, məskənimsən” hökmünü ancaq S.Vurğun kimi böyük
vətənpərvər, mərd, mübariz bir şəxsiyyət verə bilərdi.
Səməd Vurğun heç vaxt kağız korlamayıb. Onun şeirləri qələmindən çıxan
kimi dərhal bütün ölkəyə yayılırdı, dillərdə əzbərə çevrilirdi.
Mirzə Cəlil məzlum Şərqin böyük ədibidir, “Anamın kitabı” həqiqət
kitabıdır.
Mirzə Cəlil kimi o zaman xalqa yaxın olan ədib tapmaq çətindir, amma
onun qədər asan, sadə, təbii yazan da yox idi. Bəs bu cavanlar niyə
ədəbiyyatımızı, mədəniyyətimizi pis öyrənirlər, görüb-götürmürlər? Bəzi
cavan alimlərin də əsərini oxuyanda, ya da özünə qulaq asanda, görürsən,
sözündən bu çıxır ki, elə hər şey məndən başlayır. A bala bəs səndən
əvvəl yazb-pozanlar harda qaldı?
Yarım əsirlik kəskin mübarizədən sonra realizm – həyat üslubu qalib
gəldi. Axundovun başladığı şərəfli işi davam və inkişaf etdirən böyük
ədiblər yarandı. Bunların içində Ə.Haqverdiyev və Mirzə Cəlilin (Molla
Nəsrəddinin) mövqeyini xüsusi qeyd etmək lazımdır. Bizim yeni nəsrimizdə
realizm üslubu çox haqlı olaraq, bu iki demokratik ədibin adı ilə
adlandırılır.
Dildə sadəlik, xəlqilik, danışıq dilinin bütün gözəlliklərini ədəbi dilə
gətirmək, novellanı şirin, rəngarəng, duzlu maneralarla yazmaq, hər bir
obrazın özünə münasib qısa dialoq vermək, izahdan qaçmaq - ədiblərin
bədii xüsusiyyətidir. Haqverdiyevin dialoqlarındakı təbiilik,
hazırcavablıq, qısalıq, formaca müxtəliflik sovet nəsirləri üçün
nümunədir.
İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada çap olunan fransızca
hekayəsi, bədii nəsr tariximizdə Avropa səpgisində yazılmış ilk hekayə
sayıla bilər.Bu hekayədə diqqəti cəlb edən cəhət, Avropa romantik stili
ilə Şərq nağıl və əfsanələrinə məxsus olan bakirliyin, spesifakanın,
nəzakət qaydaları təsvirinin qəribə birliyidir. Tərənnüm olunan
məhəbbətin təmizliyi, müqəddəsliyi ilə yanaşı, real zəminəsi, həqiqi
imkanları, məişət ilə şərtlənməsi verilir.
O, keçən əsrin ortalarında feodal-patriarxal, müstəmləkə Azərbaycanının
zülmətli üfüqlərində öz ölməz əsərləri və zəngin fikirlərilə bir günəş
kimi parladı. Axundov, Azərbaycan xalqının və bütün məzlum Şərqin
ingilis-amerikan imperializmi əsarətindən, qurtarması, müsəlman
fanatizmindən, Şərq ətalətindən xilas olub mədəniyyət, nicat və inkişaf
yoluna düşməsi üçün böyük rus xalqının, qabaqcıl rus mədəniyyətinin
həlledici rolunu hələ o zaman görüb göstərmişdir.
Süleyman Sani xalqımızı, həyat və məişətimizi çox gözəl bilirdi. Yalnız
ictimai hadisələrdə deyil, təbiət səhnələrində də tarixi görür, xalqdan,
məişətdən bir əlamət duyurdu. Süleyman Sani yaradıcılığında hiss,
həyəcan üstündür, yəni ədibin çırpınan ürəyini, hadisə boyunca kədərini,
sevincini, nifrətini və ya qəzəbini görürük. O, yalnız əli ilə deyil,
həm də çırpınan qəlbilə yazırdı.
Azərbaycan teatr tarixində, sovet ədəbiyyatı və mədəniyyətitarixində
mühüm bir hadisəolan və Süleyman Saninin şəxsi iştirakı ilə yaranan və
inqilabi təbliğat yolunda çox faydalı, tərbiyəvi iş görən “Tənqid və
təbliğ” teatrı ədib üçün böyük yaradıcılıq tələbləri qoydu və imkanlar
açdı.
Nəriman Nərimanov, dövrünün yorulmaq bilməyən, xalqına, vətəninə sədaqət
və səmimiyyətlə xidmət edən fədəkarmücahidi idi. Onun əsərləri XX əsr
realist demokrat ədəbiyyatımızın yaxşı nümunələri kimi həmişə
yaşayacaqdır.
Tolstoyun sənətkar dühasının parlaq məhsulu və eləcə də bütün sənət
xəzinəsinin ən gözəl əsərlərindən biri məşhur xalq epopeyası “Hərb və
sülh” romanıdır. İndiyə qədər ədəbiyyatda misli görünməmiş bu romanda
dahi ədib öz nəzəri görüşlərinə zidd gedərək bədii lövhələrlə göstərir
ki, tarixi “seçilmişlər” yox, məhz xalq yaradır.
Mehdi ədəbiyyatın qeyrətini çəkəndir.Mehdinin əsərləri hələ otuzuncu
illərdən yayılmağa, diqqəti cəlb etməyə başlamışdı. Onun bir sıra həcmcə
xırda, mövzu etibarilə əhəmiyyətli, məzmunca zəngin hekayələrindən
istedadlı gənc bir qələm sahibinin səsi gəlirdi. Mən deyərdim ki, bu
üslub hər kəsdən əvvəl Mehdinin öz orijinal üslubudur. Həm zəngin
klassik ənənələrimizin, həm sürətlə inkişaf edən indiki ədəbiyyatımızın,
həm də inqilabimübarizə ilə zəngin müasir, canlı həyatımızın üzvi
vəhdəti zəminəsində yaranan, sosialist realizmi istiqamətində inkişaf
edən, özünəməxsus keyfiyyətlərlə seçilən bir üslubdur.
Yaradıcılıqda realist olmaq istəyənlər heç bir zaman axtarış və
tədqiqatdan yorulmamalıdırlar. Yalnız istedad ilə kifayətlənənlər,
öyünənlər yanılırlar. Həyat həqiqətinin dürüst inikası ancaq uzun,
inadlı zəhmətin, bir məktəbli kimi ehtiraslı öyrənmə prosesinin
nəticəsində əldə edilir.
Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib,
yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktəbi, tərbiyə, təlim işini çox
sevirmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərində
də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər.
Haqverdiyev yeriyən Azərbaycançıdır.
Bir institutun görə bilmədiyi işi Firidunbəy Köçərli görmüşdür.
Müşfiq nakam şairdir.
Böyük sənətkarlar Nizamidi, Füzulidi, Sabirdi, bizim kimilər isə sadəcə
yazardı, söz fəhləsidi.
Yadında yaxşı saxla! Mühazirələri universiteti bitirəndən sonra da
kitablardan oxuya biləcəksən. Bəlkə mənim mühazirəmdən daha sanballı
kitablar, məqalələr də tapıb oxuyacaqsan. Amma məni, yəni mənim kimi
müəllimləri tapa bilməyəcəksən. Biz ömür yolumuzu danışanda da,
ailə-məişət söhbəti eləyəndə də, sizə yol göstərmək, istiqamət vermək
məqsədi daşıyırıq. Bəlkə gələcəkdə kitablarda oxuduqlarınızla yanaşı,
bizim həyat təcrübəmiz də sizə gərək oldu.
Əsilsiz it leş başında öz sahibini tutur, ona hücum eləyir. Əsilsiz
adamlar da iş başına keçən kimi qudurur. Onu bu mərtəbəyə qaldıran
xalqın qəniminə, başının bəlasına çevrilir. Belə adamları vəzifəyə
qoymaq cinayətdir.
Həmişə dostluqda belə möhkəm olun, çətinanlarda bir-birinizi qoruyun,
bir-birinizə dayaq durun. Aranıza nifaq, təfriqə salmağa qoymayın.
Birlik olmasa, Azərbaycan ziyalısı öz milli-bəşəri borcunu, vətəndaşlıq
funksiyasını heç vaxt yerinə yetirə bilməyəcək. Səhvlərə yol verməyin.
Bizim nəsil bunu bacarmadı. Ona görə də hələ də ağrısı kəsilməyən qanlı
faciələrə düçar olduq.
Həyat hadisələri ədəbiyyata bir hadisə, bir fakt kimi lazım deyil. Bu
mənada faktlar, hadisələrlə elmi tədqiqat daha çox maraqlanır.
Ədəbiyyatda, səntdə isə bu hadisələrin natural təsviri yox, necə
deyərlər, onların şirəsi, poeziyası, yüksək poeziyası lazımdır.
Uşaq nə görür onu götürür, nə eşidir onu yadında saxlayır. Biz
balalarımızı öz əlimizlə bədbəxt edirik, kor qoyuruq. Bununla təkcə
özümüzə yox, cəmiyyətə, ölkəmizin gələcəyinə zərbə endiririk. Təhsil,
tərbiyə xüsusi diqqət, qayğı tələb edən, böyük strateji əhəmiyyəti olan
spesifik bir sahədir. Ona laqeyd yanaşmaq xalqa, millətə xəyanətdir.
Cəmiyyət, insan həyatınə qədər müxtəlif, zəngindirsə, onun bədii
inikasını verməli olan sənətin də tarixi o qədər əlvan və zəngindir. Əsl
ədəbiyyatın tarixində cəmiyyətin öz tarixini, maddi və mənəvi
nemətlərini yaranma istifadəedilmə tarixini müşahidə etmək mümükündür.
Hər bir tipik bədii obrazda yazıçının özü var. Bu baxımdan Bahar elə
mənim özüməm.
|