E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprel ayının 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur.

Uşaqlıq yaşlarından ailəliklə Gəncə şəhərinə köçmüşlər.

1918   

Atası vəfat etdiyindən böyük qardaşının himayəsində yaşamışdır.

1919

Gəncə Xeyriyyə cəmiyyətinin köməyi ilə   ibtidai məktəbə getmişdir.

1924

Gəncə Darülmüəlliminə daxil olmuşdur

1925

Lenin komsomolu sıralarına qəbul edilmişdir.

1926-1927

Əvvəlcə Gəncə Darülmüəllimində tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri olmuşdur.

1928

Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.

Yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, tənqidlə məşğul olmuş, sonra “Mirzə Xəyal” adlı komediya da yazmışdır.

1929-1930

1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.

1930

Kazan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur.

1932

Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur.

"Kommunist", "Gənc işçi" qəzetlərində işləmiş.

"Sağlam yollarda" adlı ilk kitabı çapdan çıxmışdır.

1933

SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin İctimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1935

Aspiranturanı bitirmişdir. Ümumittifaq Sovet Yazıçıları briqadasının tərkibində Ağ dənizBaltik kanalında yaradıcılıq ezamiyyətində olmuşdur.

1936-1941

V.İ.Lenin adına APİ-də və S.M.Kirov adına ADU-da müəllimlik etmişdir.

1939

"Füzulinin poetik xüsusiyyətləri" adlı əsərini müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1940

“Bir gəncin manifesti”  romanı ilk dəfə çapdan çıxmışdır;

Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı dekadasının iştirakçısı olmuşdur.

1944

Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur. "Qafqazın müdafiəsinə görə" və SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə əlaqədar olaraq "Əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir.

1944-1960

SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun Sovet ədəbiyyatı şöbəsinin müdiri və S.M.Kirov adına ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində işləmişdir.

1946

"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" medalı ilə təltif edilmişdir.

"Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmlər doktoru alimlik dərəcəsi almışdır.

1948

S.M.Kirov adına ADU-da professor vəzifəsinə seçilmişdir.

1950

Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.

1954

SSRİ Yazıçılarının II qurultayında nümayəndə də kimi iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

1958

Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq "Şərəf nişanı" ordeni və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif edilmişdir.

1959

SSRİ Yazıçılarının III qurultayında nümayəndə kimi iştirak etmişdir.

Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.

1960

"Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Bir qrup sovet alimi ilə birlikdə Fransa səfərində olmuşdur.

1961

S.M.Kirov adına ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1967

"Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.

SSRİ Yazıçılarının IV qurultayında iştirak etmişdir.

1968

Azərbaycan LKGİ MK-nın qərarı ilə "Bir gəncin manifesti" əsəri Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

1969

Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

“Bir gəncin manifesti” əsəri Bakı şəhəri Mədəniyyət sarayının xalq teatrı tərəfindən tamaşaya qoyulmuş, tamaşa festivalın qalibi olmuşdur.

1978

 

Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.

Sentyabr ayının 28-də vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

1986

2 cilddə “Seçilmiş əsərləri” nəşr edilmişdir.

2005

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata  keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Seçilmiş əsərləri” latın qrafikası ilə nəşr edilmişdir. 

2006

Adını daşıyan gəmi Xəzər dənizinə buraxılmışdır;

Gəncə şəhərində adı verilmiş 39 nömrəli məktəbdə heykəlinin açılışı olmuşdur;

Gəncə şəhərində Xatirə muzeyi fəaliyyətə başlamışdır.

2008

BDU-nun “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının önündə barelyefinin açılışı olmuşdur;

2008-2009-cu illərdə 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası qərar qəbul etmişdir;

Parisdə YUNESKO-nun iqamətgahında 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çıxış etmişdir.

2010

“Seçilmiş əsərlərinin üçcildliyi Bişkekdə qırğız dilində nəşr edilmişdir. 

2011

Qırğızıstanın “Biyiktik” nəşriyyatı yazıçının üçcildlik əsərlərinin nəşrinə görə “Altın Mukaba” Qran-prisinə layiq görülmüşdür

“Elm və təhsil” nəşriyyatında  görkəmli ədəbiyyatşünas alim Əhəd Hüseynovun “Mir Cəlalın bədii nəsri” kitabı çapdan buraxmışdır.

2013

“Əsərləri” 5 cilddə nəfis şəkildə nəşr edilmişdir.

2014

Teymur Əhmədovun ikicildlik “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı kitabı çapdan çıxmışdır;

Yazıçının “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitabı Kiyevdə Ukrayna dilində çapdan çıxmışdır.

2017

İçərişəhərdə  “Ədibin  evi”  adlı  ev-muzeyinin açılışı olmuşdur;

“Ədibin evi” Mir Cəlal adına hekayə müsabiqəsi elan etmişdir;

“Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında “İki yad adam” filmi ekranlaşdırılmışdır (ssenari müəllifi Nicat Dadaşov).

Həcər Hüseynovanın "Bədii əsərlərdə onomastik vahidlərin rolu: Mir Cəlalın bədii nəsri və Səməd Vurğunun poeziyası əsasında]" dərs vəsaiti  cap olunmuşdur.

2018

“Türk dünyası ədəbiyyatı” seriyasından “Kəmtərovlar ailəsi” adlı hekayələr toplusu Türkiyədə çap edilmişdir;

Ali məktəblər üçün “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş 4-cü nəşri çap edilmişir.

Bişkekin “Turar” nəşriyyatında Hidayətin Mir Cəlal Paşayev haqqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilmişdir.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Mir Cəlal (Paşayev Mir Cəlal Əli oğlu): biblioqrafiya” fundamental biblioqrafiyası çap olunmuşdur.

Nizami Cəfərovun "Mir Cəlalın milli idealları " kitabı çap olunmuşdur.

"Füzuli sənətkarlığı" kitabı yenidən nəşr olunmuşdur.