Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi,
yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin 100 illik yubileyi ərəfəsində
ədibin xatirəsinə yaradılmış muzeyin 2007-ci il sentyabr ayının 29-da
rəsmi açılışı olmuşdur.
Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 olmuş, hal-hazırda
isə eksponatların sayı 300-dən artıqdır.
Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi
fəaliyyətə başlamışdır. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə,
araşdırılmasına xidmət edir.
|