31 mart Azərbaycanlıların Soyqırım Günü

ELEKTRON MƏLUMAT BAZASI

 
31 mart Azərbaycanlıların Soyqırım Günü
  31 mart Azərbaycanlıların Soyqırım Günü

     
 

Hacıqabulda 1918-ci ilin mart qırğınlarında şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə


Hacıqabulun Qubalı Baloğlan kəndində 1918-ci ilin mart qırğınları zamanı şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

1918-ci ildə Qubalı Baloğlan kəndində erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakini - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri həyətyanı sahəsində dəfn edib. Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib.

<< Geri