Azərbaycanlıların soyqırımı Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu
ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış,
milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
***
Azərbaycanlılara qarşı soyqırımı
siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün
müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz
çoxdur. Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə
böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real
tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və
ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını
bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə
bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış
etməlidirlər.
***
Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı
siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
***
Bütün dünyaya yorulmaq bilmədən
uydurma “genosidi” yayan və bundan istifadə edərək siyasi və maliyyə
dividentləri, kompensasiyaları almaq məqsədini güdən davakar erməni
millətçilərindən fərqli olaraq bizim məqsədimiz azərbaycanlılara qarşı törədilən
erməni soyqırımını dünyaya çatdırmaqdır.
***
Bu gün dövlətimiz və xalqımız
qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti
haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin
bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan
qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi
durur.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Erməni şovinist millətçilərinin
xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz
minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Biz yalnız tarixi ədalətin
və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin
beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.
***
Mən şübhə etmirəm ki, biz doğma
torpaqlarımızı işğalçılardan azad edəcəyik. Mən inanmaq istəyirəm ki, Ermənistan
rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək və işğal
olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq və bizim soydaşlarımız bu
torpaqlara qayıdacaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəstdir ki, bütün
imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin.
***
İki yüz il davam edən bizim xalqa
qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə erməni millətçiləri
tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma ocaqlarından
sıxışdırıb qovmaq, onları fiziki cəhətdən məhv etmək, yeni əraziləri işğal
edərək mifik “böyük Ermənistan” qurmaq olub.
***
XIX əsrin əvvəllərində Qarabağa və
Zəngəzura irandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin
köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın
müxtəlif bölgələ rində həyata keçirdiyi kütləvi qətllər və talanlar,
1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki
ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq
Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu
gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar
təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir.
***
Ermənistanda başa düşməlidirlər ki,
biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir
ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki,
beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu
işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz
məğlubiyyətdir.
***
Sizi əmin edirəm ki, xalqımızın
vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi
sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin,
insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail
olacağıq.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Təəssüf ki, xalqımız tarix boyu bu
kimi ədalətsizliklərlə üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı
ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya
ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və
soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev
Fondu tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.
Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Əski
Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə
varıncaya qədər yaxıldı... Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Salyan,
Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələr dəxi məruz qaldı. Bu
təcavüzlər əsnasında yaxılan xanımanların, qıyılan ərz və namusların, kəsilən
qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir
faciə təşkil edir.
***
Martda tökülən qanlar türklərdəki
milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi.
... Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir
hökumət şəkli ilə təcəlli etdi! Bakı bir qan və bir fitnə ocağı deyil,
paytaxtımız oldu.
M.Əmin Rəsulzadə,
siyasi xadim
Bu günkü vəzifəmiz o qara günləri
yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq.
Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə
yaşatmağa çalışmaqdır.
***
Deyirlər ki, bu “qrajdan” müharibəsi
idi. Yəni bolşeviklər fuqareyi-kəsibə xatirəsi üçün burjuylar ilə müharibə
edirlər. Lakin bu yalandır. Bunun yalan olduğunu isbat edən minlərcə müsəlman
füqareyi-kəsibəsinin meyidləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman
olduğuna görə” çox zəhmsiz bir surətdə öldürülmüşdülər.
Üzeyir bəy Hacıbəyli,
bəstəkar, ictimai xadim
Şamaxıdan ayıdandan sonra... M.Əzizbəyov
göz yaşı içində şahidi olduğu faciəni mənə danışdı. T.Əmirovun və S.Lalayevin
əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün
azərbaycanlıları öldürdülər; onlar hələ dünyada görünməmiş bir cinayət
törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb
kerosin töküb yadırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti
daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən
azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının
Sovet hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının hamiliyi altına keçərək,
ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi.
***
Bolşevik olan bir müsəlmana belə
aman verilmədi. Daşnaqlar – bolşevikliyinizi tanımırıq. Bir halda ki,
müsəlmansınız – bu yetər deyirdilər. Bolşevik adı altında müsəlmanlara hər cür
cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını
qurtara bilmədilər.
***
Erməni silahlı quldur dəstələrinin
müsəlman əhalini vəhşicəsinə məhv etməsini kim vətəndaş müharibəsi adlandıra
bilər? Kim deyə bilər ki, erməni silahlı dəstələri Bakıda vətəndaş müharibəsi
aparmışlar? ... Tutaq ki, Bakıdakı mart hadisələri vətəndaş müharibəsi idi. Onda
bəs bundan sonra Əmirov və Styopa Lalayevin başçılıq etdikləri daşnakların
Şamaxıda törətdikləri vəhşilikləri necə adlandıraq?
Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı
İstər XIX əsrdə, istərsə də XX əsrin
əvvəllərində Naxçıvana ermənilərin yerləşdirilməsi prosesi davam etdirilsə də,
ermənilər tərəfindən Naxçıvanda qırğınlar törədilsə də, Naxçıvan əhalisi heç
vaxt azadlıq əzmini itirməmiş, həmişə öz sözünü deməyi bacarmış, düşmənin
layiqli cavabını vermiş, hətta naxçıvanlıların qəhrəmanlığı ermənilərin tarixi
sənədlərində də öz əksini tapmışdır.
Vasif Talıbov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Ermənistanın işğalçılıq siyasəti
Azərbaycan xalqının dinc həyatına, mənəvi - psixoloji sabitliyinə, intellektual
enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür.
Əli Həsənov,
ictimai-siyasi xadim, professor
Qubada mayın əvvəlində iki quyuya
1000-dən çox adam dolduruldu. Uşaq, böyük... Nə Hitler faşizmində, nə də buna
qədərki o inkvizisiyalar dövründə insanları bu cür qəddarcasına və amansız
metodlarla öldürmürdülər. Belə vəhşilik yalnız daşnaklara məxsusdur. Qubadakı
kəllələrə baxın. Görün onlara nə qədər mismarlar vurulub. Kəllələrə xüsusi
amansızlıqla nizələr sancılıb. Şamaxıda savadlı adamları “Quran”dan əmələ gələn
tonqalda məhv ediblər.
Yaqub Mahmudov,
akademik
Qara qüvvələr Azərbaycan xalqına
qarşı bu qırğını törətdilər. Faciədə 10 minlərlə insan öldürülüdü, milli-mədəni
sərvətlərimiz dağıdıldı. Məscidlərimiz, mədrəsələrimiz, qədim binalarımız
yandırıldı. Ümumən Azərbaycan xalqının müstəqillik istəyinin qarşısını almaq
üçün böyük bir cinayət törədildi. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində
bu qırğının araşdırılması və soyqırımına düzgün siyasi qiymət verilməsinə heç
bir cəhd göstərilmədi.
Aydın Mirzəzadə,
millət vəkili
1918-ci ildən başlayaraq
1988-1993-cü illərə kimi erməni faşistləri tərəfindən 1,5 milyon nəfər
azərbaycanlı Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qovulub, tarixi Azərbaycan
torpaqlarında yüz minlərlə insan milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə
yetirilib. Hələ biz ələ keçirilmiş ərazilərdə tarixi və mədəni irsimizin
vəhşicəsinə dağılmasını və yerləyeksan edilməsini demirik.
Elmira Axundova,
millət vəkili
Mən 1918-ci ilin martında erməni
daşnaqlarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin
yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdir.
Mir Cəfər Pişəvəri,
siyasi xadim