31 mart Azərbaycanlıların Soyqırım Günü

ELEKTRON MƏLUMAT BAZASI

 
31 mart Azərbaycanlıların Soyqırım Günü
  31 mart Azərbaycanlıların Soyqırım Günü

     
 

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və igər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti mə'lumatlandırmaq məqsədilə ADR Xarici İşlər Hazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə'ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.

***

1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi.

31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilub.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan Quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir Bölümdə olan digər mövzularla tanış olur:

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyev imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 mart yenə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Bunlar doğrudur.

Biz Bakıdakı mart hadisələrini yada salarkən yenə o günlərdə icra olunan vəhşətə, zülmə, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, hətk olunan (parçalanan), irz və namuslara dəxi ətfi-nəzər ediyor - insanın bir anda dönüb canavardan da bədtər hala düşmək ləyaqətində dəxi olduğunu böyük bir hissi-infial (xəcalətçəkmə) və şərməndəlikdə görüyoruz.

Fəqət mart günlərinin əsl faciəsi təkcə bu cəhətində deyildir. Martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şəni (çirkin), daha mərdud (hüquqa zidd), daha iyrənc bir hadisə vaqe olmuşdu. İctimai bir inqilab nami və pərdəsilə ortaya çıxıb milli bir ədavət icra edilmişdi. Burjuaziyaya elani-hərb edilib əmələ (fəhlə) və kasibə qırılmışdı.

“Müsavat”a xitabən elani-hərb edilib, nəticədə sosialist, bolşevik və müsavat - heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmişdi.

Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal, bir qətliam icra olunurdu. Daşnaklar intiqam alırdı. Bu intiqam hər növ qonşuluq, inqilabdaşlıq, vətəndaşlıq hissini korlatıyor, yan-yana sülh və müsalimət ilə yaşayan millətləri sənələrlə bir-birindən ayırıyordu.

***

 Bolşeviklər “sizə muxtariyyət deyil, xarabalar verəcəyiz”,-deyirlərdi, müttəfiqləri daşnaklar da indi izah ediyorlar ki, Bakını sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniliyi mühafizə ediyormuşlar.

Həqiqətdir ki, martın 18-dən 21-nə qədər (köhnə təqvimlə) Bakı türk demokratiyasının qafasında partladılan toplar müsəlmanların haqqında rəva görülən məzalim Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi. Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi. Fəqət kəndiləri (özləri) “inqilabçı” ikən inqilabın böyük düsturunu unudurlardı: “Məşəli əfkari-əhraranə sönməz xunilə!” (“Azadlıq fikrinin məşəli qanla sönməz!”)

Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi!

Bakı küçələrində tökülən nahaq qanlar bir “pisuz”, yaxılan “İsmailiyyə” isə bir “iplik” işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu. Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi! Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu!